Koronavirus: ölmək ehtimalı nə qədərdir?

  • Robert Cuffe
  • Statikstika bölməsinin rəhbəri
Koronavirus

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Dünyada 90 minə yaxın koronavirusa yoluxma halı təsdiq olunub.

Tədqiqatçılar hazırda düşünür ki, koronavirusa yoluxmuş hər 1000 nəfərdən 5-lə 40 arasında adam, daha yaxşı təxmin ilə hər 1000 nəfərdən 9-u və ya təxminən 1 faizi ölümlə üzləşəcək.

Bazar günü Böyük Britaniyanın səhiyyə katibi Matt Hancock hökumətin "ən yaxşı dəyərləndirməsinin" ölüm nisbətinin 2 faiz və ya daha az olduğunu deyib.

Lakin bu, bir sıra amillərdən asılıdır: sizin yaşınız, cinsiniz və ümumi sağlamlığınız və aid olduğunuz səhiyyə sistemi.

Ölüm nisbətini tapmaq nə dərəcədə çətindir?

Bu, fəlsəfə doktorluğu qədər çətindir. Hətta yoluxma hallarının sayılması belə çətin məsələdir.

Bir çox viruslara yoluxma hallarının əsas hissəsi hesablanmalarda yer almayacaq, çünki insanlar yüngül əlamətlərlə həkimə müraciət etmirlər.

Dünyada bildirdiyimiz fərqli ölüm nisbətlərinin, virusun fərqli versiyalarına görə olma ehtimalı azdır.

Dünyada bildirililən fərqli ölüm nisbətlərinin virusun fərqli versiyalarına görə olma ehtimalı azdır.

Londondakı İmperial Kollecin araşdırmalarına görə, bəzi ölkələrin yüngül əlamətləri müəyyən etmədə daha yaxşı, bəzilərinin isə daha pis olmasına görə, yoluxma hallarını hesablamaq çətindir.

Beləliklə, bildirilməmiş yoluxma halları ölüm səviyyəsini həddən artıq yüksək qiymətləndirilməsini asanlaşdırır. Ancaq başqa bir istiqamətdə səhv edə bilərsiniz.

Bir infeksiyanın sağalma və ya ölümlə nəticələnməsinə vaxt lazımdır.

Alimlər bu sualların hər biri ilə bağlı fərdi sübutlar toplamaqla ölüm nisbəti haqqında təsəvvür irəli sürürlər.

Mənim kimilər üçün risk nədən ibarətdir?

Bəzi insanların koronavirusa yoluxma hallarında ölüm nisbəti daha yüksəkdir: yaxşı insanlar, xəstələr və ola bilər ki, kişilər.

Çində araşdırılan 44 mindən çox yoluxma halında çox yaşlı insanlarda ölüm nisbəti orta yaşlılara nisbətən 10 dəfə yüksək idi.

Ən yüksək ölüm nisbəti 80 yaşdan yuxarı insanlara təsadüf edib.

30 yaşından aşağı insanlar üçün ölüm nisbəti daha aşağı idi - 4500 yoluxma halından cəmi 8-i.

Diabet, yüksək qan təzyiqi, ürək və ya nəfəs problemləri olanlar arasında ölüm riski azı 5 dəfə yüksək idi.

Kişilərin ölüm nisbəti qadınlarla müqayisədə azca yüksək idi.

Yaşadığım yerdə risk nədən ibarətdir?

Çində yaşayan bir qrup 80 yaşlı kişinin Avropada və ya Afrikada yaşayan eyni yaşda kişilərlə müqayisədə fərqli riskləri ola bilər.

Sizin proqnozlarınız həm də aldığınız müalicədən asılıdır.

Öz növbəsində, bu, əlçatımlıqdan və epidemiyanın mərhələsindən asılıdır.

Dünyada koronavirusdan ölüm halları 3000-i keçib. Bu ölümlərin 90 faizindən çoxu virusun yayıldığı Hubei bölgəsində baş verib.

Lakin bundan başqa, İranda 50-dən çox, İtaliyada 30-dan çox olmaqla 10 fərqli ölkədə də ölüm halları qeydə alınıb.

Dünyada 90 minə yaxın koronavirusa yoluxma halı təsdiq olunub.

Bundan əvvəl Azərbaycanda 224 nəfərin koronavirus şübhəsilə həkim nəzarəti altında olduğu deyilir.