Böyük şəhərlərdə koronavirus: yoluxmadan yayınmaq olarmı?

Парламент Таиланда

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Deputatlardan birinin Yaponiyaya səfər etdiyi bilinəndən sonra Tayland parlamentində dezinfeksiya tədbirləri həyata keçirilib

Antarktidadan başqa, koronavirus artıq bütün qitələrdə aşkar edilib, son günlərdə isə digər ölkələrdə Çinin özündən daha sürətlə yayılmağa başlayıb.

Əhalinin sıx olduğu böyük şəhərlərdə epidemiyanın yayılması eytimalı yüksəkdir.

Aşağıdakı qaydalara əməl etməklə bu təhlükəni azaltmaq olar.

İctimai nəqliyyat

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Virus ictimai nəqliyyatdakı oturacaqlara və tutacaqlara təmas vasitəsilə yoluxa bilər (şəkildə - Tehranda ictimai nəqliyyat)

İctimai nəqliyyat virusun yayılması üçün ideal məkandır.

Virus hava yoluyla - xəstə insan asqıranda və ya öskürəndə havaya sıçrayan çox kiçik tüpürcək damcıları vasitəsilə yayılır.

Bir neçə araşdırmanın nəticələrinə görə, ictimai nəqliyyatdan istifadə edən şəxslərin virusa yoluxma ehtimalı 6 dəfə çoxdur.

Ona görə də Cənubi Koreyadan İrana qədər bir çox ölkələrdə hökumətlər qatarlarda, avtobuslarda və dayanacaqlarda səthlərin təmizlənməsi tədbilərinə strat veriblər.

Kütlələr

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Yaponiya hökuməti insanlardan bir yerə toplaşmamağı xahiş edir

Kütləvi tədbirlər, məsələn, idman yarışları yoluxma təhlükəsini artırır. Bir çox ölkələrdə belə tədbirlər artıq təxirə salınmağa başlayıb.

"Formula-1" yarışmasının Şanxayda keçiriləcək mükafatlandırma mərasimi də "Covid-19" virusuna görə başqa tarixə keçirilib.

Eyni qərarı Asiya çempionlar liqasının 6 oyunu üçün də tətbiq etmək lazım gəlib - buna görə İranın dörd komandasının qrafikində dəyişikliklər baş verib.

Avropada İtaliya komandalarının iştirak etməli olduğu reqbi və futbol oyunlarını ləğv ediblər.

Hətta 24 iyulda Tokioda başlamalı olan "Olimpiada-2020" də təxirə salına bilər.

Hələlik yalnız olimpiada məşəliylə bağlı marafondan vaz keçilib, ancaq epidemiya pandemiya mərhələsinə keçərsə, Beynəlxalq Olimpiya Komitəsi oyunları da təxirə slamaq barədə qərar verə bilər.

Koronavirus bəzi dini mərasimlərə də təsir edib. Səudiyyə Ərəbistanı Məkkə və Mədinə şəhərlərinə zəvvar ziyarətini müvvəqəti olaraq qadağan edib.

Məktəblər

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Tailand, İran, İraq və İtaliya məktəblərdə tətil elan edib

Dünyanın bir çox ölkələrində koronavirusa görə hökumətlər ibtidai və orta siniflərdə iş rejiminin dəyişməsini tövsiyə ediblər.

Tayland, İran, İraq və İtaliyada məktəb və universitetlər müvəqqəti olaraq bağlanıb.

Britaniya və ABŞ-da isə məktəblərin fəaliyyətinə ara vermək tövsiyə olunmur.

Koronavirusun geniş yayıldığı ölkələrə təzəlikcə səyahət etmiş valideynlərə məsləhət görülür ki, həm özlər, həm də uşaqları iki həftə ərzində evdən çıxmasınlar.

Ofislər

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Şirkətlərə məsləhət görülür ki, işçilərin evdən işləməsinə daha çox şərait yaratsınlar

Koronavirus texnoloji baxımdan inkişaf etmiş ölkələrdəki şirkətlərin fəaliyyətinə daha çox təsir edir.

San-Dieqo və San-Fransiskoda fövqəladə vəziyyət elan edilib, ofis işçilərinə ziyarətçilərlə əl verib görüşməmək məsləhət görülüb.

ABŞ-ın Xəstəliklərlə bağlı profilaktika və nəzarət mərkəzi şirkətlərə tövsiyə edib ki, işçiləri, xüsusilə də qızıdırması və respirator qrip simptomu olanları evdən işləməyə təşviq etsinlər.

Məlumatlandırma

Şəklin mənbəyi, Reuters

ABŞ-ın səhiyyə müəssisələrində çalışanlar deyirlər ki, insanlar əlləri yaxşı-yaxşı yumaq kimi sadə prosedurların vacibliyini anlamalıdırlar. Çünki bu, koronavirusla mübarizədə effektiv üsullardan biridir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) aşağıdakıları məsləhət görür:

  • əlləri mütamadi yumaq;
  • asqıranda və ya öskürəndə burun-ağız nahiyəsini örtmək;
  • KRVİ simptomları müşahidə edilən şəxslərlə təmasdan yayınmaq;
  • Ev heyvanları və vəhşi heyvanlarla təmasdan yayınmaq

Xəstəxanalar

Hələ ki, "2019-NCoV" virusunun peyvəndi yoxdur. Xəstəxanaların əsas vəzifəsi infeksiyanın ağırlaşmasına qarşı mübarizə aparmaqdır.

Səhiyyə müəssisələrinə xəstələri təcrid etmək və personalın qoruyucu paltarlar geyinməsinə nəzarət etmək məsləhət görülür.

ABŞ və Britaniya hökumətləri hesab edirlər ki, epidemiyanın miqyası genişlənsə, xəstəxanalarda yer problemi yarana bilər.

Təcrid

Britaniya hökuməti viruslu ölkələrdən gələn vətəndaşlardan özlərini təcrid etməyi xahiş edib.

Epidemiyanın başladığı Uhan şəhəri (Çin) və Şimali İtaliyanın bəzi bölgələri təcrid vəziyyətində qalmaqdadır.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

İraq. Bəsrə şəhərində yoxlanış

Hərçənd ekspertlər hesab edirlər ki, virus bütün dünyaya yayıldıqdan sonra bu cür tədbirlərin effekti omayacaq.

Üstəlik, onları hər yerdə tətbiq etmək də mümkün olmayacaq.

"Çox az ölkə Çin kimi bütov bir şəhəri bloklamaq imkanına malikdir. Belə izolyasiya ailələrin bölünməsi, insanların dərmanlarla və ərzaq məhsullarıyla təminatı məsələlərində böyük problemlər yaradır. Bu həm də xəstəxanaların həkimlərə, tibb bacılarına və dərman ləvazimatlarına olan ehtiyaclarının vaxtında ödənilməsi məsələsini də çətinləşdirir" - Cons-Hopkins Səhiyyə mərkəzinin direktoru Tom İnqlsbi öz "Twitter" hesabında belə yazıb.