Koronavirusa qarşı gənclərin də "immuniteti yoxdur"

Həkimlər "fiziki məsafəni" saxlamağı tövsiyə edirlər Fotonun müəllifi EPA
Image caption Həkimlər "fiziki məsafəni" saxlamağı tövsiyə edirlər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlığında bildirir ki, gənclər koronavirusa qarşı immunitetə ​​malik deyillər və virusu yaşlılara ötürməmək üçün ünsiyyət qurmaqdan çəkinməlidirlər.

Bu barədə bəyanatla ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus çıxış edib.

Onun sözlərinə görə, gənclərin seçimi "başqaları üçün həyat və ölüm arasında fərq" təşkil edə bilər.

Dünya boyunca 250 min insan koronavirusa yoluxub. Covid-19-dan ölənlərin sayı 11 mini keçib.

Gənclərin koronavirus təhlükəsinə laqeyd qalması nəticəsində virusun daha həssas qruplara ötürülməsi barədə məlumatar yayılır. ÜST-ün bəyanatı məhz belə xəbərlərlə əlaqəlidir.

Koronavirusun ilk halı ötən ilin dekabr ayında Çində qeydə alınıb.

Ancaq indi pandemiyanın yeni mərkəzi Avropadır.

Digər ölkələrlə müqayisədə ən çox ölüm halları İtaliyada qeydə alınıb.

Cümə günü burada 627 nəfər ölüb və bununla da ölüm hallarının ümumi sayı 4032-ə çatıb.

Yaşlı insanların ən həssas qrup olmasına baxmayaraq, gənclər üçün də koronavirusdan qurtuluş yoxdur, Tedros Adhanom Ghebreyesus deyib:

“Xəstələnməsən də, getdiyin yeri seçmək başqası üçün həyat və ölüm məsələsi ola bilər. "

Tədqiqatlara əsasən, virusa yoluxma halları bütün yaş qruplarında qeydə alınsa da, o, yaşlı və xəstə insanlar üçün daha təhlükəlidir.

İtaliyada Covid-19-dan ölənlərin orta yaşı 78,5-dır.

New York Times qəzetinin yazdığına görə, Çində 50 yaşdan aşağı olan qrupda ölüm halları 1 faizi keçməyib, 80 yaşdan yuxarı olanlar arasında isə, bu faiz təqribən 15-ə çatır.

Reuters xəbər verir ki, ÜST koronavirusun ötürülməsinin qarşısını almaq üçün "sosial məsafə" əvəzinə "fiziki məsafəni" saxlamağı tövsiyə edir.

"İnsanların bir-biriylə ünsiyyətdə olmasını istəyirik", - ÜST təşkilatının epidemioloqu dr. Maria Kerkhove deyib.

"Beləliklə, internet və sosial media vasitəsi ilə əlaqədə qalmağın yollarını tapın, çünki pandemiyadan keçərkən ruhi sağlamlıq fiziki sağlamlığınız qədər mühümdür".

Bu barədə daha geniş