Covid-19: ABŞ-da yoluxanların sayı 300000-i keçib, Trump "çox sayda ölənlərin" olacağını deyir

Florida şatatında xəstə Fotonun müəllifi Getty Images

ABŞ-dakı Johns Hopkins Universitetinin hesablamasına görə, dünyada koronavirusa yoluxanların sayı bir milyonu keçib. Bu rəqəmlərə görə dünyada yoluxma halları bir həftədən də az müddətdə iki qat artıb. Covid-19-dan ölənlərin sayı 51 mindən çox olub.

Universitetin son məlumatlarına görə, Covid-19-a yoluxanların ən çox olduğu ölkələr ABŞ, İtaliya, İspaniya, Almaniya, Çin, Fransa, İran, İngiltərə, İsveçrə və Türkiyədir. Bu virusdan ölənlərin ən çox olduğu ölkələr isə İtaliya, İspaniya, ABŞ, Fransa, Çin, İran, İngiltərə, Hollandiya, Almaniya, və Belçikadır.

ABŞ

ABŞ prezidenti Donald Trump şənbə günü küçirdiyi brifinqdə amerikalılara indiyədək olanlardan ən "çətin həftəyə" hazırlaşmağı məsləhət görüb və "çox sayda ölüm hallarının" olacağı barədə xəbərdarlıq edib.

ABŞ hazırda koronavirusa yoluxanların sayına görə dünyada birincidir - yoluxanların sayı 310000-i keçib, ölənlərin sayı isə təxminən 8500 nəfərdir.

Bundan əvvəl prezident Donald Trump bildirimişdi ki, "ölüm nisbətinin ən yüksək nöqtəsi iki həftə ərzində olacaq".

Eyni zamanda, prezident Trump ABŞ-da Covid-19-a görə tətbiq edilən sosial məsafə gözlənilməsi qaydalarının aprelə təsadüf edən xristian aləminin qeyd etdiyi pasxa bayramı günlərində yumşaldılmasını da təklif edib.

"Biz ölkəmizi yenidən açmalıyıq",- Donald Trump şənbə günü Ağ Evdə keçirilən brifinqdə bildirib. - Biz bunu aylarla davam etdirmək istəmirik".

Fotonun müəllifi Getty Images

Ölkədə sosial məsafə kimi koronavirusa qarşı mübarizə qaydalarının aprelin sonunadək tətbiq ediləcəyi gözlənilir.

İspaniya

Bu ölkə aşkar edilmiş koronavirus hallarının sayına görə dünyada ikinci yerə keçib - burada son məlumatlara görə, 126 168 nəfər Covid-19-a yoluxub.

Lakin virusdan ölənlərin sayına görə ölkə İtaliyadan sonra ikinci yerdədir: şənbə gününə olan məlumatlara əsasən, İspaniyada Covid-19-dan 11 947 nəfər ölüb.

İtaliya

Dünyada koronavirusdan ən çox ölüm sayı (15 362 nəfər) İtaliyadadır.

Burada Covid-19 virusuna yoluxan insanların sayı 124 632 nəfər təşkil edib.

Fotonun müəllifi NurPhoto

Almaniya

Dünya üzrə ən çox yoluxanların sayına görə Almaniya beşinci ölkədir. Almaniyada koronavirusa yoluxanların sayı 80 641, ölənlərin sayı isə 997 nəfər təşkil edib.

Almaniya hökuməti ölkədə iki nəfərdən artıq qruplara toplaşmağı qadağan edib.

Almaniya kansleri Angela Merkel bazar günündən karantin rejiminə keçməli olub, çünki məlum olub ki, cümə günü ona profilaktik peyvənd vuran həkim də koronavirusa yoluxub.

Fransa

İspaniya aşkar edilmiş koronavirus hallarının sayına görə dünyada yeddinci yerdədir - burada Covid-19-a 57 780 nəfər yoluxub.

Lakin virusdan ölənlərin sayına görə isə ölkə bir pillə yuxarıda olan Almaniyanı xeyli qabağlayıb: Fransada Covid-19-dan ölənlərin sayı 4 032 nəfərə çatıb.

Çin

Koronavirus epidemiyasının beşiyi Çinin Uhan şəhəri sayılsa da, hazırda bu ölkə Covid-19 virusuna yoluxanların ümumi sayına görə dünyada dördüncü yerə düşüb.

Çində Covid-19-a yoluxanların sayı son məlumatlara əsasən, 82 431 nəfər, bu virusdan ölənlərin sayı isə Çinin Hubei vilayətində 3 199 nəfər təşkil edir.

İran

Azərbaycanın cənub qonşusu olan İranda koronavirusa yoluxanların sayı 50 468 nəfərə çatıb və bu göstəriciyə görə ölkə dünyada altıncı yerdədir.

Covid-19-dan ölənlərin sayı isə İranda bazar günü günorta 3 160 nəfər təşkil edib.

Fotonun müəllifi Getty Images

Britaniya

Britaniya koronavirusa yoluxanların sayına görə dünyada səkkizinci yeri tutur - burada Covid-19-a yoluxanların ümumi sayı şənbə günü 34 116 nəfərə çatıb, ölənlərin sayı isə 2 921 nəfərdir.

Burada bazar ertəsi günündən başlayaraq əhalidən üç həftə evdə qalmaq istənilib.

Onlar yalnız "tamamilə zəruri" işə gedib-gələ, nadir hallarda "əsas ehtiyaclar" üçün bazarlıq edə və tibbi səbəb olduğu zaman küçəyə çıxa bilərlər.

Ölkədə iki nəfərdən artıq və ailə üzvü olmayan şəxslərin toplaşması qadağandır.

Bazar günü Britaniya hökumətinin kabinet naziri Michael Gove koronavirusla bağlı ölkədə tətbiq edilən sərt tədbirlərin "uzun müddət", təxminən 6 ayadək davam edə biləcəyinə hazır olmağın vacibliyini vurğulayıb.

Fotonun müəllifi AFP

Türkiyə

Türkiyədə koronavirusa ümumilikdə yoluxanların sayı bazar günü günorta 15 679 nəfər təşkil edib. Bu göstəriciyə görə, ölkə dünyada 10-cu yerdədir.

Türkiyədə Covid 19-dan ölənlərin sayı isə 277 nəfər təşkil edib.

Bu barədə daha geniş