Şahzadə Charles-in ev karantini sona çatıb

Şahzadə Charles Fotonun müəllifi WPA Pool/Getty Images

Wales Şahzadəsi Charles-in ev karantini başa çatıb, Saray rəsmiləri bildirib.

71 yaşlı Şahzadə koronavirusa yoluxduqdan sonra 7 gün idi ki, ev şəraitində özünü təcrid etmişdi.

Onda koronavirus simptomları yüngül idi və "vəziyyəti yaxşı" qiymətləndirilirdi.

72 yaşlı Cornwall Hersoginya Camilla da analiz verib, onda koronavirusa yoluxma aşkarlanmayıb.

Onların hər ikisi həkimlərin məsləhətilə Şotlandiyadakı evlərində özlərini təcrid etmişdilər. Rəsmilərə görə, şahzadə son bir neçə gündür ki, evdən işləyirdi.

Vəliəhd şahzadənin virusa necə yoluxduğu bəlli deyil. Onun son həftələrdə ictimai işlərdə aktiv olduğu deyilir.

Fotonun müəllifi Getty Images

BBC-nin kraliyyət müxbiri Nicholas Witchell deyir ki, Şahzadə Charles son dəfə martın 12-də ictimai işdə olub və elə həmin gün anası, Kraliça II Elizabeth ilə görüşüb.

Saray Kraliçanın "sağlam olduğunu" bildirib.

Şahzadə Charles və həyat yoldaşı bazar ertəsi günü analiz verib. Buna səbəb onların analiz üçün meyarlara uyğun gəlməsi olun.

Əlaqəli mövzular

Bu barədə daha geniş