Koronavirusla bağlı digər ölkələrdə hansı addımlar atılır? - Şəkillərdə

Fotonun müəllifi Dan Kitwood/Getty

Dünya boyu paytaxtların və iri şəhərlərin əksəriyyəti koronavirus epidemiyasının yayılması ilə bağlı karantin müddətinə bağlanıb. Bu epidemiyaya müxtəlif dərəcədə 172 ölkə məruz qalıb.

Bəzi yerlərdə karantin bir həftədən çox və hətta daha uzun müddət ərzində qüvvədədir. Məsələn, Britaniya və Azərbaycanda camaat bu rejimə hələ təzə alışmağa başlayır.

лоток с сувенирами в центре Лондона Fotonun müəllifi Jonathan Brady/PA

Britaniyada sərt karantinin ilk həftəsidir. Bazar ertəsi axşamdan başlayaraq evdən çıxmağa yalnız ərzaq almaq, həkimə müraciət etmək və ya həyati əhəmiyyət kəsb edən işə getmək üçün icazə verilir.

Sadəcə fiziki aktivlik məqsədi ilə gəzintiyə yalnız tək və ya yaxın qohumla gündə yalnız bir dəfə çıxmaq olar.

лондонская улица со второго этажа автобуса Fotonun müəllifi EPA/FACUNDO ARRIZABALAGA

Londonun əsas nəqliyyat arteriyalarından biri, boşalmış Charing Cross Road avtobus pəncərəsindən belə görünür. London sakinlərindən hətta öz avtomobillərində belə böyük ehtiyac olmadan yola çıxmamaq xahiş olunub.

памятник поэту на площади в Вероне Fotonun müəllifi FILIPPO VENEZIA/EPA

Veronadan olan şair Berto Barbaraninin abidəsi şəhərin əsas meydanlarından birində tənha qalıb. Epidemiyaya məruz qalmış İtaliyada karantin bir həftədən çoxdur ki, davam edir.

мужчина в шотландской юбке на улицах Монмартра в Париже Fotonun müəllifi FRANCK FIFE/AFP

Paris, Fransanın digər bölgələri kimi, altıncı gündür karantindədir: Küçədə heç bir səbəb olmadan görünən hər bir şəxs 135 avroyadək cərimə ilə üzləşə bilər.

пустой центр Памплоны Fotonun müəllifi JESUS DIGES/EPA

Təəssüf ki, bu siesta deyil. Bu, koronavirusun çatdığı İspaniyanın Pamplona şəhəridir. Bu şəhər İspaniyanın şimalında yerləşir. Koronavirusdan İspaniyada 2,5 mindən çox insan ölüb.

дрон летящий в Брюсселе Fotonun müəllifi AFP/Getty

Belçika paytaxtı Brüsseldə dronlardan istifadə edərək karantin rejimini pozanlar müəyyən edilir.

пожилая женщина на в центре Штуттгарта Fotonun müəllifi RONALD WITTEK/EPA

Ştutqart şəhərində Königstrasse küçəsi. Bu şəhərdə də rəsmilər yeni infeksiyaya qarşı mübarizə tədbirlərini gücləndirib.

пожилая пара в Роттердаме Fotonun müəllifi PIETER STAM DE JONG/EPA

Niderland hökuməti vətəndaşları evlərində oturmağa çağırıb, hətta çərşənbə axşamı Rotterdam şəhərində yaxşı havanın olmasına baxmayaraq.

развозчик едет по Большому Каменному мосту в Москве Fotonun müəllifi SERGEI ILNITSKY/EPA

Moskvada karantin rejimi yaşı 65-dən yuxarı olanlara və sağlamlıq problemləri olanlara aiddir, lakin bir çox moskvalılar evlərində qalmağı üstün tuturlar. Ən böyük fəallığı kuryer işçiləri nümayiş etdirir.

улицы Афин Fotonun müəllifi LOUISA GOULIAMAKI/Getty

Bazar ertəsindən etibarən, Afina küçələrində heç kim görünmür. Yunanıstan rəsmiləri tərəfindən hərəkətə məhdudiyyət qoyulub.

полиция в масках в Тбилиси Fotonun müəllifi VANO SHLAMOV/AFP

Gürcüstanda bu günə qədər qeydə alınan koronavirus halları 100-dən çox deyil, lakin martın 21-dən ölkədə bir ay müddətinə profilaktik karantin tədbirləri tətbiq edilir.

улицы Рамаллы Fotonun müəllifi ABBAS MOMANI/Getty

Həyati əhəmiyyət kəsb edən hallar istisna olmaqla Ramallah şəhərində və digər Fələstin ərazilərində də bütün hərəkətlərə iki həftəlik qadağa tətbiq edilməkdədir.

на улице в центре Бангкока Fotonun müəllifi Reuters

Banqkok şəhərində küçə yeməklərinə tələbat azalıb.

люди в костюмах химзащиты опрыскивают улицы Fotonun müəllifi Reuters

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərinin mərkəzində, küçələrin mütəmadi olaraq dezinfeksiyası aparılır.

улица в Бейруте Fotonun müəllifi EPA

Livanda bu günə qədər yalnız 277 təsdiq edilmiş Covid-19 virusuna yoluxma halı qeydə alınsa da, infeksiyanın yayılmasından ehtiyat edən rəsmilər həftə sonu ciddi karantin rejimi tətbiq ediblər.

.

Bu barədə daha geniş