Ana təbiət hazırkı vəziyyətdən çıxmağımıza necə yardım edə bilər?

  • Emily Kasriel
  • BBC News
A flower

Şəklin mənbəyi, Emily Kasriel

Normal yaşayış birdən-birə bizim üçün keçmişdə qaldı və nə zaman geri qayıdacağını bilmirk. Əvəzində təbiətə üz çevirmək, çiçək və ya ağac əkmək, həyət və ya bağda uzanıb kitab oxumaq bir çoxları üçün həyat tərzinin bir hissəsinə çevrilir. Əvvəllər çiçəklərə ayırmağa vaxtı olmayanlar üçün indi çiçək əkməklə vaxt keçirmək daha asanlaşıb. Hətta heç bir şey etmədən sadəcə bağda, təbiətin qoynunda dolaşmaq belə fiziki və əqli sağlamlğımıza ciddi fayda verə bilər.

BBC müxbiri Emily Kasriel yazır ki, indi ev təcridi şəraitində işləyə bilən və ya işləyə bilməyənlərin sayı xeyli artıb. Odur ki, onların bir çoxu diqqəti yaxınlıqdakı ətraf təbiətin öyrənilməsinə yönəldib.

İnstagram istifadəçilərindən biri bu halı belə təsvir edib: "Təcrid evin ətrafında yeni çığırlar tapmaq imkanı verib".

Şəklin mənbəyi, Emily Kasriel

Zavod və avtomobil emissiyaları azaldığından havada kiçik hissəciklərin miqdarı da azalıb, bu səbəbdən şəhər mühitində göz daha uzaq məsafələri görmək mümkündür və gecə səmasında ulduzları görmək daha asan olub. Şəhər mühütinin səs-küyü də azalıb, odur ki, quşların səsi daha aydın eşidilir.

Bağçılıq işlərinə də maraq artıb. Google Trends dünyada bir il əvvəllə müqayisədə gübrə və toxum axtarışlarının iki dəfə artdığını göstərir.

Təbiətə çıxmaq stress və narahatlıq hissinin öhdəsindən gəlməyə kömək edə bilərmi?

Şəklin mənbəyi, Getty Images

Təbiətdə olmağın fiziki sağlamlığımıza təsirini sübut edən faktlar çox olmasa da, təbiət dünyasının psixi sağlamlığımıza müsbət təsirini nümayiş etdirən araşdırmaların sayı olduqca çoxdur.

Exeter Universitetindən doktor Mathew White izah edir ki, hətta 10 dəqiqə kimi qısa müddət ərzində küləyin yanaqlarımızı sığallaması və ya dərimizə günəş şüalarının düşməsi keçirdiyimiz stressi azalda bilər.

O əlavə edir ki, gözəl sahil zolağı və ya müxtəlif ağaclarla zəngin olan vəhşi meşə kimi mənzərəli yerlərə baş çəkəndə insan daha güclü duyğular hiss edir.

Şəklin mənbəyi, Emily Kasriel

Təbiətlə ünsiyyət özümüzü daha xoşbəxt və enerjili, daha mənalı və məqsədyönlü hiss etməyə kömək edə bilər.

ABŞ-ın Stanford Universitetindən doktor Gretchen C Daily bu sübutu əsas tutaraq təbii mühitin urbanistik landşaftla inteqrasiyasını hədəf seçən proqramları hazırlamaq üçün Dünya Bankı və dünya boyu şəhər hakimiyyətlərinə kömək edir.

Əsrlər boyu dünyada psixi sağlamlığın müalicəsinin bir hissəsi olaraq təbiət mühitində həyata keçirilən bağçılıq və kənd təsərrüfatı kimi fəaliyyət növlərindən istifadə olunub.

Bir çox həkimlər depressiya və həyəcan hissi keçirən pasiyentlərə təbiətə çıxmağı məsləhət görür. Misal üçün, britaniyalı həkimlər təbiət qoynunda gəzintilərə çıxmağı və ya nanə əkib-becərməyi məsləhət görür.

Bəzi elmi nəticələrə əsasən, hətta uzaq məsafədən belə təbiətə "çıxmaq" insanın səhhəti üçün xeyirli ola bilər. Misal üçün, bir təcrübənin gedişində ofis qarşısında real vaxt rejimində geniş ekranlı televizor vasitəsilə təbiət mənzərələrinin nümayişi insanların cəmiyyətdə ünsiyyət dairəsinin genişlənməsi və təbiətlə əlaqələrinin artmasına gətirib çıxarıb.

Şəklin mənbəyi, Andy McFarlane

Fəlsəfə doktoru tədqiqatçısı Alex Smalley hesab edir ki, səslər yaddaşı oyatmaq üçün müəyyən bir gücə malikdir.

Sahilə çırpılan dalğanın səsi və ya , xüsusən də həmin anlar şəxsən yaşanırsa və ya təbiət mənzərəsini əks etdirən güclü bir filmə və ya proqrama baxırsınızsa.

Dr Jorgensen hesab edir ki, qışın sərtliyinə tab gətirərək bitkilərin və heyvanların yaşamağa davam etməsi şəklində təbiətin oyanması və ritmlərinin təkrarlanması bizlərə də ümid verə və həyatımızdakı faciələrin öhdəsindən gəlməyimizə kömək edə bilər.

Təbiət niyə belə müsbət təsir göstərir?

Doktor Daily izah edir ki, təbiətin gücü insana təsir edən stress amillərini yüngülləşdirə bilməsindədir.

Suyun ləpələnərək hərəkət etməsi və buludların göydə üzməsi bizim işlək yaddaşımızı yükləmədən beynimizi ağır, üzücü və ümidsizlik yaradan fikirlərdən yayındırır.

Bir bitkiyə qayğı göstərib onu becərmək bizə bu keyfiyyətimizi dəyərləndirməyə kömək edir və bitki inkişaf etdikdə məqsədə nail olma hissi doğurur. Dr Jorgensen-in qeyd etdiyi kimi, bu, psixi sağlamlığındakı pozuntularla mübarizə edənlər üçün xüsusilə əhəmiyyətlidir.

Təbiəti daha çox hiss etməyin yolları

Doktor White-ın sözlərinə görə, həftədə cəmi iki saat təbiətlə əlaqə qura bilsək , fayda maksimum olacaq. İstifadə etdiyimiz duyğu funksiyaları nə qədər çox olsa - yalnız mənzərə və səs deyil, həm də qoxu və dad - bunun faydası da bir o qədər artıq olacaq.

Ekspertlər aşağıdakıları məsləhət görür:

  • Yarpaq, çiçək və ya toxumlarda dəyişiklik görmək üçün yaşadığınız yerin yaxınlığındakı bir ağaca tez-tez baş çəkin. Fikir verin görək, həmin ağaca hansı quşlar qonur? Onun qabığında şibyə, mırmır və ya böcək varmı?
  • Yarpaqların səsini eşitmək, yağışın qoxusunu duymaq üçün pəncərənizi açın.
  • Səhər tezdən və ya günəş batmazdan əvvəl, ağac gövdələri və yarpaqlar da daxil, günəş şüalarının isti tonları təbiət aləminin mənzərəsini daha şəffaf və aydın edəndə, gəzintiyə çıxmağa çalışın.
  • Meyvədə və ya ağacların yanında tapdığınız tumları, toxumları əkin. Vəzərinin toxumlarını torpaqsız olaraq, mətbəx kağızında da göyərdib böyütmək olur.
  • Yemək bişirərkən təbiətin parlaq rənglərini, meyvələrin ləzzət verən dadını yadınıza salın. Səhərlər qəhvənizin qoxusunu duyanda tropik meşələrdə qəhvə bitkilərinə qonan quşları təsəvvürünüzə gətirin.
  • Evinizə təbiət dizaynı elementlərini daxil edin, divarlarınıza budaq asın və ya pəncərəaltı rəfi çay daşlar ilə bəzədin.