Notre-Dame kilsəsinin ərimiş dəmirləri sökülür, ABŞ polisi məhkəmə qarşısında, dünyada koronavirus pisləşir

Notr-Dam kilsəsi

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Notr-Dam kilsəsi: əvvəl və yanğından sonra

Ümumdünya Səhiyyə Təşkilatı epidemiya barədə xəbərdarlıq edir, George Floydu öldürməkdə günahlandırılan polisin ilk məhkəməsi keçirilib, Parisin yanmış Notre-Dame kilsəsinin dəmirləri sökülür - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Şəklin mənbəyi, Reuters

Parisdə Notre-Dame kilsəsinin ərimiş dəmirləri sökülür

Parisdə Notre-Dame kilsəsində ərimiş konstruksiyaların sökülməsinə başlanıb.

Ötən ilin aprel ayında Notre-Dame kilsəsində yanğın baş verərkən kilsənin damında təmir işləri getdiyindən kilsənin ətrafında dəmir konstruksiyalar qurulmuşdu, BBC-nin Paris müxbiri Hugh Schofield xəbər verir.

Konstruksiyanın bir hissəsi yanğında dağılıb, bir hissəsi də yanğının istiliyindən əriyərək "metal parazit" kimi binaya yapışıb.

İndi isə bu 20 tonluq metalın binadan qoparılması üzrə işlər başlayıb.

Bina hələ də bütövlükdə təhlükədən kənarda qalmır və yalnız üç və ya dörd ay müddətində bu əməliyyat başa çatdıqdan sonra yenidənqurma və bəlkə də yenidən dizayn barədə düşünülməyə başlanıla bilərlər.

Şəklin mənbəyi, Getty Images

Ümumdünya epidemiyası pisləşir, ÜST bildirir

Epidemiya başlanandan bəri 7 milyondan çox virusa yoluxma halı aşkar edilib, 404 min ölüm baş verib.

Avropada virusla mübarizə sahəsində irəliləyişə baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın qlobal miqyasda "pisləşdiyini" söyləyir.

"Bu pandemiyadan altı aydan çox vaxt keçdiyi zamanda heç bir ölkə üçün ayağını pedaldan götürməyin vaxtı deyil" ÜST rəhbəri Tedros Adhanom Ghebreyesus deyib.

Bazar ertəsi günü koronavirusla bağlı keçirilən mətbuat konfransında o, jurnalistlərə deyib ki, son 10 günün doqquzunda 100 mindən çox yoluxma baş verib və bazar günləri qeydə alınan yoluxmaların 75 faizi təkcə 10 ölkədə - əksəriyyəti Amerika və Cənubi Asiyada baş verib.

Tedros, ÜST-ün bir sıra ölkələrdə "müsbət əlamətlərdən" ilham aldığını söyləyib.

"Bu ölkələrdə indi ən böyük təhlükə təmkinlikdir", - o deyib.

"Əhalinin nə qədərinin virusa məruz qaldığını görmək üçün aparılan araşdırmaların nəticələri qlobal miqyasda insanların əksəriyyətinin hələ də infeksiyaya həssas olduğunu göstərir".

Şəklin mənbəyi, Reuters

George Floydun qətlində şübhəli olan Derek Chauvin girov məbləği 1.25 milyon dollardır

Silahsız qaradərili George Floydu öldürməkdə günahlandırılan Minneapolisin keçmiş polis işçisi Derek Chauvin ilk məhkəməsinə çıxıb və onun girov təminatı 1.25 milyon dollar olaraq müəyyən edilib.

Prokurorlar "ittihamın şiddətini" və ictimaiyyətin etirazını onun girov miqdarının 1 milyon dollardan çox olmasına səbəb səbəb kimi göstəriblər.

19 illik polis veteranı cənab Chauvin bazar ertəsi günü keçirilən görüşə telekonfrans vasitəsilə qoşulub.

O, 15 dəqiqəlik dinləmə müddətində danışmayıb, kiçik bir masada oturarkən əl-qolu qandallı, üzərində isə narıncı kombinezon olub.

Onun vəkili girov qiymətinə etiraz etməyib.

Ümumdünya Səhiyyə Təşkilatı epidemiya barədə xəbərdarlıq edir, George Floydu öldürməkdə günahlandırılan polisin ilk məhkəməsi keçirilib, - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Derek Chauvin ikinci dərəcəli qətl və bilmədən adam öldürmə ittihamları ilə üzləşib. Həbs edilən digər üç məmur isə qətlə kömək etmək və yol verməkdə ittiham olunurlar.

May ayında George Floydun ölümü qlobal etirazlara və polis islahatları çağırışlarına səbəb olub.

Ağdərili olan cənab Chauvin, mayın 25-də Minneapolisdə tutularkən dizini demək olar ki, 9 dəqiqə cənab Floydun boynuna qoyub.

Derek Chauvinin növbəti məhkəmə iclası iyunun 29-na müəyyən edilib.