Beep, Peep və Meep - mağaza yumurtalarından çıxan 3 ördək balası

bu gün xəbərlər

Şəklin mənbəyi, Charli Lello

Şəklin alt yazısı,

Beep, Peep və Meep

İsveçrə 3 kilo qızılı qatarda unutmuş şəxsi axtarır, Polşa keçən ay səhvən Çexiyanı işğal edibmiş və mağaza yumurtalarında ördəklər necə çıxıb - bu və digər xəbər xəbərlər BBC News Azərbaycancanın xəbər icmalında.

Supermarket yumurtalarından 3 ördək balası çıxıb

Britaniyada bir şəxs supermarket yumurtalarından 3 ördək balası yetişdirib.

Məzuniyyəti dövründə darıxan 29 yaşlı Charli Lello dükandan aldığı bir qutu yumurtanı inkubatora qoyub. Bir ay sonra o, yumurta qabıqlarını qıraraq çıxmağa çalışan ördək balalarını görüb.

"Onları saxlamağı düşünürəm, bizim cücələrimiz var, ördəklər də tükləri çıxan kimi onlarla yaşamağa başlayacaq," o deyib.

O, ördək balalarına Beep, Peep və Meep adlarını verib və onlara Instagramda hesab açıb.

Charli deyib ki, inkubatorda cücə çıxarmağı YouTube-da öyrənib.

191 min dollar dəyərində qızılını qatarda "unudan" şəxs axtarılır

Çoxumuz qatarda telefon, cüzdan, qulaqcıq unuduruq, amma bir bağlama qızılı qatarda qoyub platformada gəzib-dolaşmaq ehtimalı o qədər də çox deyil.

Amma sən demə, İsveçrədə belə biri varmış. Yerli hakimiyyət indi ötən ilin oktyabrında qatarda unudulmuş, 191 min dollar dəyərində olan 3 kiloqram qızılın sahibini axtarır.

Qızıl sahibinin ona iddia etməsi üçün 5 il müddəti var, rəsmilər bildirirlər. Bununla bağlı ilə bağlı məlumat qızıl sahibinin axtarışları uğursuzluqla nəticələnəndən sonra ictimaiyyətə açıqlanıb.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

İsveçrə 3 kilo qızılı qatarda unutmuş şəxsi axtarır

Amma məlum deyil ki, hakimiyyət qızılın sahibi olduğunu iddia edən adamın həmin şəxs olub-olmadığını necə müəyyənləşdirəcək.

Şəklin mənbəyi, Getty Images

Türkiyənin "Pənçə-Qartal" əməliyyatı

Türkiyə İraqın şimalında yerləşən bölgələrə hava əməliyyatı başlatdığını açıqlayıb.

Twitter-də bununla bağlı məlumat verən Türkiyə Müdafiə Nazirliyi "Sincar, Karacak, Kandil, Zap, Avaşin Basyan və Hakurkdakı hədəflərin bombaladığını" bildirib.

Əməliyyata "Pənçə-Qartal" adı verilib.

Müdafiə Nazirliyi əməliyyatın "son vaxtlarda polis bölməsində və baza bölgələrində artan təcavüz və hücumlara təşəbbüs göstərən PKK və digər terrorçü qüvvələrə yönəldildiyini və bunun "beynəlxalq hüquq çərçivəsində özünümüdafiə hüququ" olduğunu vurğulayıb.

Reuters bildirib ki, Diyarbəkir və Malatyadan döyüş təyyarələri havaya qaldırılıb.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Polşalı əsgərlər kilsəni ziyarətə gələn Çexiya vətəndaşlarının bölgəni gəzməsinə mane olub

Polşa səhvən Çexiyanı işğal edibmiş

Polşa keçən ay səhvən Çexiyanı işğal etdiyini açıqlayıb.

Polşanın Müdafiə Nazirliyi iki ölkə sərhəddində koronavirusla bağlı tədbirlər görmək üçün ərazidə gəzən polşalı əsgərlərin təsadüfən digər tərəfdə tərk edilmiş bir kilsədə qaldığını açıqlayıb.

Polşalı əsgərlər kilsəni ziyarətə gələn Çexiya vətəndaşlarının bölgəni gəzməsinə mane olub.

İşğal Çexiya rəsmilərinin məsələyə qarışması ilə başa çatıb.

Çexiyanın şimal şərqində Moravyada baş verən hadisədən sonra Polşa bunun səhvən baş verdiyini bildirsə də, Çexiya səlahiyyətliləri rəsmi açıqlama almadıqlarını bildiriblər.

İşğalın üzə çıxması belə məlum olub: kilsənin işləri üçün ayrılan bir inşaat işçisi onun səthinin şəklini çəkmək istərkən silahlı Polşanın əsgələri ona mane olub. Əsgərlər kilsəyə gedən yolda barrikada qurublar.

Ondan başqa əsgərlər bölgəyə gəzintiyə gələn turistlərə də əngəl olublar.

Ivo Dokoupil adlı yerli turist yerli mətbuata bildirib ki, polşalı əsgərlərə kilsəni ziyarət etmək istədikləri deyilsə də, sərt şəkildə buna imkan verilməyib. "Xarici bir dövlətin uniformasını geyinmiş bir əsgər əlində silahla mənə əmr verməyə başladı. Qorxulu bir təcrübəydi".

Polşanın Müdafiə Nazirliyi CNN-ə bildirib ki, "bu, qəsdən edilməyib, anlaşılmazlıq olub. Dərhal da düzəldildi".