Moskvada "3+3" əməkdaşlıq platformasının görüşü keçirilib

Moskva

Şəklin mənbəyi, Getty Images

Cümə günü Moskvada Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan xarici işlər nazirlərinin müavinlərinin "3+3" formatlı regional əməkdaşlıq platforması çərçivəsində görüşü keçirilib

Ermənistanın Baş naziri Nikol Paşinyan cümə axşamı günü bildirib ki, Yerevan dekabrın 10-da keçirilməsi planlaşdırılan əməkdaşlıq platforması görüşündə iştirak edib.

Türkiyə və Azərbaycanı hər iki ölkənin xarici işlər nazirlərinin müavinləri Sedat Önal və Xələf Xələfov təmsil edib.

Rusiyanı bu ölkənin xarici işlər nazirinin müavini Andrey Rudenko təmsil edib.

"3+3" formatlı görüş noyabrın 26-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşündə razılaşdırılıb və ilk dəfə keçiriləcək.

Gürcüstan bu görüşdə iştirak etmir.

Sərhəddə vəziyyət "gərgindir"

Şəklin mənbəyi, mil.am

Moskvada regional tərəfdaşlığa dair görüş baş tutmaqda ikən, Ermənistan və Azərbaycan bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Ermənistan Müdafiə Nazirliyi saat 14:30 radələrində sərhədin şərq istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutulması nəticəsində ölən və yaralananların olduğunu bildirib.

1 nəfər, 19 yaşlı əsgər Vahe Manasaryan həlak olub, 8 hərbçi yaralanıb. 6 nəfərinin vəziyyəti ağırdır, Ermənistan MN açıqlayıb.

Ölən və yaralananlar haqqında məlumat dəqiqləşdirilir, məlumatda deyilir.

Azərbaycan bildirib ki, saat 12-dən etibarən Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib.

Qurum qeyd edib ki, cavab tədbirləri nəticəsində qarşı tərəf "susdurulub" və əməliyyat şəraiti nəzarət altındadır.