Türkiyə Kiprdə qaz hasilatı aparacaq

Türkiyənin geoloji-kəşfiyyat gəmisi Fotonun müəllifi Reuters

Kipr Respublikasının sahillərində qaz hasilatı planlarına etiraz edən Türkiyə mübahisəli dəniz şelfinə öz geoloji-kəşfiyyat gəmilərini göndərib.

Bundan əvvəl Ankara xəbərdarlıq edib ki, Kipr Respublikası dəniz şelfində quyu qazmasına başlarsa, Türkiyə də eyni bölgədə kəşfiyyata hazırlıq işləri aparacaq.

Türkiyə parçalanmış adanın legitim hakimiyyəti tanıdığı Şimali Kipr hökumətilə dəniz şelfində kəşfiyyat işlərinin aparılacağına dair sövdələşmə imzalayıb.

Ankara bildirir ki, Kipr sahilinə göndərdiyi geoloji-kəşfiyyat gəmilərinin təhlükəsizliyini hərbi qayıqlar təmin edəcək.

Kipr prezidenti Demetri Kristofias deyib ki, Türkiyənin hərəkətləri "bölgə təhlükəsilziyinə hədə" təşkil edir.

Avropa İttifaqının üzvü olan Kipr Respublikası ada sahilində quyu qazımaqda qərarlı olduğunu bildirib.

Gərginlik

Münaqişələrin həlli üzrə Beynəlxalq Böhran Qrupu (İCG) bildirirb ki, son olaylar adanın birləşməsinə dair kövrək ümidləri zərbə altına almış olub.

2012-ci ildə Avropa İttifaqı prezidentliyi 6 ay müddətinə Kipr Respublikasına keçməlidir.

Türkiyə bununla bağlı Avropa ilə əlaqələrinin “ gerçək böhrana ” girəcəyini bildirib.

“Həmin andan Türkiyə ilə Aİ əlaqələri dondurulacaq ”, - deyib Türkiyə baş nazirinin müavini Beşik Atalay.

Avropa İttifaqının xarici siyasət üzrə baş rəsmisi Catherine Ashtonun köməkçisi deyib ki, İttifaq prezidentlik dövriyyəsi qaydasını dəyişdirmək niyyətində deyil.

Brüsseldə jurnalistlərlə görüşərək Maja Kocijancic problemin təxirə salınmadan həllinə çağırıb.