CERN neytrinoların işıq sürəti həddini keçə bilməsi xəbərini yoxlayır

Böyük Adron Kollayderin yerləşdiyi CERN-də alimlər işıq sürətindən daha tez hərəkət edən subatom hissəciklərin qeydə alındığını bəyan ediblər.

Bu nəticə elm aləmini çətin vəziyyətə salıb. CERN-dən 732 km məsafədə İtaliyada yerləşən Gran Sasso laboratoriyasında aparılmış hesablamalr göstərib ki CERNdən göndərilən neytrinolar məsafəni şıqdan cüzi də olsa daha tez keçiblər.

Bu nəticə fizika elminin son 1 əsr ərzində formalaşdığı bölümünün altüst edilməsi demək olardı.

Təcrübələri aparmış qrup eyni zamanda nəticəyə ehtiyatla yanaşdığını bildirib.

Nəticə CERN-də cümə günü konfransda müzakirə ediləcək.

"Biz bunun bütün mümükün izahatlarını tapmağa çalışmışıq", hesabat müəllifi Antonio Ereditato deyib.

"Biz səhvləmizi yaxudda nəticəyə təsir edə biləcək effektləri aşkar etmək istədik lakin tapa bilmədik".

Alimin təbirincə, "özün özündə səf tapa bilməyəndə, gedib başqalarından xaiş edirsən ki nəticəni yoxlasınlar".

Antonio Ereditato vlaə onun qruputəcrübə və yoxlamaları 3 il ərzində davam etdiriblər.

Təcrübənin gedişində alimlər neytrino hissəciklərin işıq sürətindən cüzi də olsa daha tez hərəkət etdiyi nəticəsi əldə ediblər.

Lakin qrup bu nəticəyə sistematik səhvin təsir edə bilməsini istisna etmir. Qrupun özü 15 minə yaxın ölçü və yoxlamalar aparsada bir qüsur tapa bilməyib.

Və elmi ictimaiyyətə müraciətin kökündə də elə bu amil durur.

Doktor Ereditaro deyir ki, istərdi ki əldə olunmuş nəticələr digər bir müstəgil qrup tərəfindən də təsdiq olunardı.