Stalinin qızı ABŞ-da xərçəngdən vəfat edib

Svetlana Alliluyeva

İosif Stalinin yeganə qızı, ABŞ-da Lana Peters kimi tanınan 85 yaşlı Svetlana Alliluyeva noyabrın 22-də Viskonsin ştatında, ahıllar evində dünyasını dəyişib.

Son illər ərzində onun bağırsaq xərcəngindən əziyyət çəkdiyi deyilirdi. ABŞ rəsmiləri S.Alliluyevanın vəfat etdiyini BBC-ə təsdiqləyiblər.

Onun 1967-çi ildə SSRİ-dən qaçması faktından ABŞ təbliğat maşını, vaxtı ilə, var gücü ilə yararlanmışdı.

Svetlana Alliluyeva, bestsellerə çevrilmiş 2 memuar da daxil olmaqla, ümumilikdə 4 kitab müəllifidir.