Haker qrupu ABŞ və Britaniya xəfiyyələri arasındakı söhbəti əldə edə bilib

Anonymous qrupu üzvləri bu maskadan istifadə edirlər Fotonun müəllifi Reuters

"Anonymous" haker qrupu Amerikanın FBİ ( Federal Təhqiqat Bürosu - FTB) və Scotland Yard Britaniya polisi əməkdaşları arasında aparılmış telefon danışıqlarını əldə edə bilib.

"Anonymous" xakerlər şəbəkəsi FBİ ilə Britaniya polisi arasında telefon danışığının məzmununu internetdə dərc etdirib.

Həmin səs yazısında iki ölkənin polis qurumları hakerlərə qarşı birgə mübarizə səylərini müzakirə edirlər.

Məlumata görə, sözü gedən ABŞ və Britaniya hüquq-mühafizə orqanları əməkdaşları arasında telefon danışığı yanvar ayında aparılıb.

"Anonymous" qrupu eləcə də söhbət iştirakçılarının email adreslərini dərc etdirib.

Bir neçə gün bundan əvvəl məlum olub kı, "Anonymus" haker qrupu ABŞ-da bir sıra hüquq-mühafizə agentliklərin vebsaytlarına və Yunanıstan Ədliyyə nazirliyinin vebsaytına çıxış əldə edə bilib.

FBİ bildirib xaker qrupunun dərc etdiyi məlumatın qeyri-qanuni yolla əldə edildiyini və hadisənin araşdırılsdığını bildirirb.

ABŞ xəfiyyələri bu bu hadisəyə görə cavabdehlərin məsuliyyətə cəlb olunacağını bildiriblər.

Güman edildiyinə görə, "Anonymous" qrupu hakerləri həmin telefon danışığını telefon xəttinin dinlənilməsi yolu ilə yox, email yazışmasına daxil olaraq əldə edə biliblər.

Söhbətin gedişində polislərin ABŞ, Britaniya, İsveç və İrlandiyadakı həmkarlarına email məktubları göndərərək haker hücumlarına qarşı birgə səy göstərilməsinə dəvət edilirlər, bu əsnada Anonymous, Lulzsec, Antisec və digər bu kimi qrupların fəaliyyətinə diggət çəkilir.

Ələ keçmiş söhbət yazısında, həmiçininı ABŞ və Britaniya polis qüvvələrinin haker hücumlarına qarşı mübarizə metodları müzakirə olunur.

Söhbətin əsnasında haker hücumlarından birinin arxasında 15-yaşlı oğlanın durduğu da qeyd olunur.

Ötən il ABŞ Federal Təhqiqat Bürosunun əməkdaşları Anonymous haker qrupunun 14 üzvünü həbs etmişdilər.

"Anonymous" qruplaşması 2010-cu ilin sonlarında məşhurlaşıb.

Qrupun üzvləri WikiLeaks internet resursunun fəaliyyətinə mane olan təşkilat və şirkətlərin saytlarına hücum ediblər.

"Anonymous" qrupu internetdə söz azadlığı uğrunda mübarizə apardığını iddia edir.