Suriyada Homs şəhərinin atəşə tutulması davam edir

Homs Fotonun müəllifi AP

Xəbərlərə görə, Suriyada Homs şəhəri atəşə tutulmaqda davam edir.

Suriyadan fəalların yaydığı xəbərlərdə "onlarla ölənlərin" olduğu deyilir.

Fəalların sözlərinə görə, yeni atəşə tutulma halları nəticəsində 40-dan çox adam ölüb, lakin bu rəqəmi yoxlamaq çətindir.

Hücum prezident Bəşər Əsəd Rusiya Xarici İşlər nazirinə Dəməşqdə zorakılığa son qoyulacağı və dialoqa başlanacağı barədə vədlər veriləndən sonra keçirilib.

Rusiya və Çin ötən həftə BMT Təhlükəsizlik Şurasında qətnamənin qarşısını alıblar.

Homs şəhərində üsyançı döyüşçülərin yanında olan BBC müxbiri deyir ki şəhərə mərmilər mütəmadi olaraq düşür və bu səbəbdən ölənlərin sayı barədə məlumatı yoxlamaq təhlükəlidir.

Homs sakinləri qurudan hökümət qoşunların hücumundan ehtiyyat edirlər.

Sakinlərdən biri BBC müxbirinə deyib ki, hazırkı şəraitdə Homs şəhərində sağ qalmaq özü bir möcüzədir.

Beyrutdan isə BBC müxbiri Jim Muir qeyd edir ki, Suriyadan ölənlərin sayı barədə məlumatlara ehtiyyatla yanaşmaq gərəkdir.

Beləki, onun təbirincə, misal üçün ölənlərin sayına, ö cümlədən, bundan əvvəl elektrik xəttlərinin sıradan çıxması nəticəsində xəstəxanada ölən erkən doğulmuş 18 körpəl də daxil edilib.

Ötən gün Suriya prezidenti Bəşər Əsəd Rusiya Xarici İşlər naziri Sergey Lavrova sabitliyi təmin etmək üçün əməkdaşlığa hazır olduğunu bildirmişdi.

Ötən gün Dəməşq danışıqlarından sonra Lavrov Siriya höküməti ilə müxalifət arasında danışıqların başlanmasına çağırıb.

Suriya prezidenti Bəşər Əsəd ölkənin bütün siyasi qüvvələri ilə dialoqa hazırdır, Rusiya Xarici İşlər naziri Sergey Lavrov prezident Əsəd ilə Dəməşqdə bugün keçirilmiş danışıqlardan sonra bildirib.

"Aydındır kı, zorakılığa son qoyulması dialoqa başlamaq səyləri ölkədəki bütün siyasi qüvvələr tərəfindən edilməlidir", Rusiyalı nazir deyib.

Sergey Lavrov əlavə edib ki, Rusiya nümayəndə heyətinin üzvləri "Suriya rəhbərliyi və prezident Əsəd tərəfindən bu səylərin dəstəklənəcəyi barədə vədlər verilib".

Bu arada isə Fars körfəzi ölkələrinin Əməkdaşlıq Şurasına daxil olan 6 ərəb ölkəsi, o cümlədən Səüdiyyə Ərəbistan, Qətər və Birləşmiş Ərəb Əmirlikləri səfirlərini Dəməşqdən geri çağırdıqlarını bəyan ediblər. Eyni zamanda bu ölkələrdən Suriya səfirləri xaric edilib.

Ərəb ölkələri bu addımı, Suriya Ordusunun hərəkətlərinə etiraz əlaməti olaraq atdıqlarını bildiriblər.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Bu barədə daha geniş