Almaniyanın çılpaq həqiqəti - nudizm

Nudistlər Fotonun müəllifi s

Keçmiş Qərbi və Şərqi Almaniya vətəndaşları ümumən almanlara xas olan bir sıra ənənələri bölüşməkdə davam edirlər.

Almanların belə fərqli cəhətlərindən biri də, naturizmə ( təbiiliyə), nudizmə (çılpaqlığa) tolerant yanaşmalarıdır.

Lakin içtimai yerdə çılpaqlanmağın normal qəbul olunması digər məsələləri, misal üçün, qadın azadlıqlarına Almaniyanın Qərb və Şərqində fərqli baxışları arxa plana çəkmirmi?

BBC-nin Berlindəki müxbiri Stephen Evansın məqaləsi bu mövzuya həsr olunub.

BBC müxbiri hesab edir ki, Almaniyada seks, başqa ölkələrdəki seksdən fərqli olmasada, seks və seksuallığa münasibətə gəlincə bu belə deyil.

Utanmağa əsas varmı?

Stephen Evans bu məsələ ilə bağlı Almaniyada xeyli sayda gözlənilməz situasiyalarla üzləşib.

Misal üçün idman zalına vaxtaşırı baş çəkən müxbir, kişilər üçün geyinmə-soyunma otağını qadın xadimənin yığışdırdığı ilə üzləşib.

Lüt-üryan vəziyyətdə olan BBC müxbiri, 1-2 addımlığındakı qadına utandığından baxa bilmədiyini, sifətinin qıp-qırmızı olduğunu qeyd edir.

Təxminən 20 yaşı olan xadimə isə heç nə olmamış kimi, qarşısındakı çılpaq kişiyə fikir vermədən belə, işini davam etdirib.

Digər bir halda isə BBC müxbiri qonşuluqda olan saunaya baş çəkib. Alman dostları ona xəbərdarlıq ediblər ki, saunalarda kişi və qadınların çılpaqlıq sərbəstliyi bir normadır.

Bununla belə müxbirin daxil olduğu sauna kabinəsində ondan başqa daha iki lüt qadının olması onun üçün bir sürpriz olub. Müxbir yenə də utandığından gözlərini tavana zilləyib.

Çılpaq alman qadınları isə özlərini heç nə olmamış kimi aparıblar.

Almanlar, xüsusən də , Almaniyanın əsasən şimalında yaşayan qeyri-katolik almanlar çılpaq insan bədənini tamamilə təbii bir hal kimi qəbul edirlər.

Bu cür yanaşma naturalizm adı ilə tanınan bir fəlsəfədən irəli gəlir.

Naturalizmin ikinci üzü - nudizm

Bu fəlsəfənin davamçıları çirkli, tərli çimərlik kostyumu geyməkdənsə, çılpaq gəzməyə üstünlük verirlər.

Bu zaman almanlar 100% əmindirlər ki, çılpaqlanmanın seksə heç bir dəxli yoxdur və olmamlıdır.

Lakin BBC müxbiri bu fikri şübhə ilə qarşılayır.

Stephen Evans bu məslədə skeptik mövgedə durur, və qeyd edir ki həm Nasist, həm də Kommunsit rejimləri də həmin məsələdə sketisizmi bölüşüblər.

Beləki, Şərqi Almaniyada çimərlikdə çılpaqlanmaq dissidentlik əlaməti kimi yozulub.

Nasizm dövründə isə Herman Gering ictimai yerlərldə çılpaqlanmağı pisləyib və bunu qadınların həyallılığını pozan bir "mədəniyyət qüsuru" kimi dəyərləndirib.

Demoqrafiya amili

Lakin hər iki rejim məğlub olub, qalan işi isə demoqrafiya görüb.

II Dünya Müharibəsindən sonra Almaniyada qadınların sayı kişilərin sayını 7 milyion nəfər üstələyib.

Bu şəraitdə Alman sənayesinin inkişafı digər Qərb ölkələrindəki senaridən müəyyən dərəcədə fərqli inkişaf edib, inkişaf qadınların marağına daha həssas olmaq şərtilə davam edib.

Alman tarixçiləri müharibədən sonra cəmiyyətdə qadınların mövgeyinin gücləndiyini qeyd edirlər.

Kişilərin say azlığı alman qadınlarını daha güclü və sərbəst edib.

Lakin bu zaman Qərbi Almaniya və Şərqi Almaniya qadınları arasında müəyyən fərqlər də özünü göstərib.

Fərqlər qalmaqdadır

Die Magazin jurnalının yazarı Simone Schmollack deyir ki, Şərqi Almaniyada qadınlar itisadi cəhətdən daha sərbəst, müstəqil olublar. Və bu amil kişilər ilə münasibətdə onların mövgeyini daha güclü edib.

Fotonun müəllifi Getty

Berlin divarı çökəndən sonra mədəni fərqlər özünü biruzə verməkdədir.

Qərbi Almaniyalı kişi Şərqi Almaniyalı qadınla gəzdikdə bir sıra problemlərlə üzləşə bilər.

"Şərqi Almaniyalı qadınların müstəqilliyi, seksə asanlıqla getməsi, Qərbi Almaniyalı kişiləri valeh edir, cəlb edir. Lakin sonra onlar həmin qadınları evdar qadına çevirməyə çalışmağa başlayırlar", Simone Schmollack deyir.

Alman expertlərinə istinad edən Stephen Evans qeyd edir ki, rejim və yanaşma qarışıqlığı, münasibətlərdə şok yaşanması halları vahid Almaniya cəmiyyətində qadınla kişinin yeri, rolu, vəzifəsi kimi məsələlərdə müəyyən çaşbaşlığa səbəb olub.