Britaniya alimləri: Atın insan tərəfindən əhilləşdirilməsi Avrasiya düzənliklərində başlayıb

Atın insan tərəfindən əhilləşdirilməsi Avrasiya düzənliklərində başlayıb Fotonun müəllifi VERA WARMUTH
Image caption Prejevalski atları

Britaniya alimlərinin apardığı genetik tədqiqatın nəticələrinə əsasən, atın insan tərəfindən əhilləşdirilməsi ilk olaraq 6 min il bundan əvvəl müasir Ukrayna, cənub-qərb Rusiya və qərbi Qazaxstanın yerləşdiyi ərazilərdə baş verib.

İnsan tərəfindən əhilləşdirilmiş at cinsi arealı bundan sonra Avropa və Asiya məkanında getdikcə genişlənməkdə davam edib.

PNAS elmi jurnalında dərc edilmiş tədqiqatın nəticələrinə əsasən, bu proses əhilləşdirilmiş atların vəhşi atlarla cütləşərək qarışması prosessilə də müşayət edilib.

Cambridge Universiteti qrupu tərəfindən aparalmiş elmi tədqiqat atların əhilləşdirilməsi tarixçəsinə dair hazırda mövcud olan 2 nəzəriyyənin ümumiləşdirilməsi üçün əsas yaradır.

Atların ilk olaraq harada əhilləşdirilməsi məsələsi alimlər arasında qızğın mübahisələrin mövzusudur.

Arxeoloji tapıntılar əsasında Cambridge Universiteti qrupunun gəldiyi nəticəyə görə, insan atı ilk dəfə Avrasiya düzənliyinin qərb hissəsində ( müasir Ukrayna, cənub-qərb Rusiya və qərbi Qazaxıstanın yerləşdiyi ərazilər) əhilləşdirib.

Expertlərin qənatincə, atlardan sürülmək üçün, və eləcə də ət və süd mənbəyi kimi istifadə olunub.

Lakin qədim qab-qacaqlarda aşkar edilmiş at südü kimi arxeoloji tapıntılardan irəli gələn nəticə xromosom DNT-in tədqiqatından əldə edilən nəticə ilə üst üstə düşmürdü.

Həmin tədqiqatların nəticələri atların Avropa və Asiyanən müxtəlif yerlərində əhiləşdirildiyini güman etməyə əsas verirdi.

At xromosomlarının analizi aparılıb

Yenicə aparılmış tədqiqat çərçivəsində Avropa və Asiyanın 8 ölkəsindən 300-dək atdan götürülmüş DNT nüvə nümunələri öyrənilib.

Fotonun müəllifi ap

Genetik təhlil nəticəsində əldə edilən məlumatlar kompyuter üsulu ilə tədqiq olunaraq müxtəlif senarilər modelləşdirirlib.

Cambridge Universitetinin Zoologiya Fakültəsindən doctor Vera Warmuth Cambridge Zologiya Departamentindən hesab edir ki, atın insan tərəfindən əhilləşdirilməsi prosessi Avrasiya düzənliklərinin qərb hissəsindən başlayıb: "Əhilləşdirilmiş at arealının yayılması əhilləşdirilmiş at cinsinin vəhşi atlarla cütləşmə nəticəsində qarəşması ilə müşayət olunub".

Alimlər xromosom DNT tədqiqatından atların müxtəlif ərazilərdə dəfələrlə əhilləşdirilməsi nəticəsinin nəyə görə hasil edilməsinin sirrini izah edə biliblər.

İş orasındadır kı, xromosom DNT nümunələrinin tərkibinə istisna olaraq yalnız dişi atın törəmələrə keçən genləri daxildir.

Elmə belə bir fakt məlumdur kı, əhilləşdirməyə məruz qalan dişi atın balalamaq qabiliyyəti zəifləyir.

Faktiki olaraq , məlum olub ki, vəhşi atlardan at sürülürərini təzələmək üçün istifadə olunub, çünki məyəən edilib ki, əhilləş.dirilmiş atlar həvəslə cütləşməyiblər.

Elə bu səbəbdən də qədimdə əhilləşdirilmiş at sürüsünün erkəklərini bir müddətə təbiətin qoynuna sərbəst buraxarlarmış kı, həmin atlar vəhşi dişi atlarla cütləşsinlər.

Həmin vəhşi dişi atların balaladıqdan sonra isə, dayçaları yenidən əhilləşdirilmiş sürüyə qatırdılar.

Müasir atların ən yaxın vəhşi həmcinsi sayılan Prejevalski atı da məhz bu üsula bənzər yolla yaradılıb.