Nigeriyada sərnişin təyyarəsi qəzaya uğrayıb

Nigeriyada sərnişin təyyatrəsi qəzaya uğrayıb. Fotonun müəllifi Reuters

Qəzaya uğramış sərnişin təyyarəsi Nigeriyanın əsas şəhəri sayılan Laqosda yaşayış binasına çırpılıb.

Təayyərədə 150-dək sərnişinin olduğu təxmin edilir.

Şahidlərin sözlərinə görə, Dana Air şirkətinə məxsus təyyarə 2 mərtəbəli binaya çırpılaraq alovlanaraq yanıb.

Nigeria Mülki Aviasiya İdarəsinin başçısı deyib ki, o, kiminsə qəzadan sağ çıxa biləcəyinə şübhə edir.

Xilasedicilər təyyarənin külə dönmüş qalıqları arasından azı 1 cəsəd çıxarıblar, axtarışlar davam etməkdədir, AP agentliyi bildirib.

Lagos polisinin məlumatına əsasən təyyarə Laqos aerportundan şimalda, Lagosun şəhərkənarı İju adlanan sahəsində qəzaya uğrayaraq binaya çırpılıb.

Təyyarə paytaxt Abujadan Laqosa uçuş reysi yerinə yetirirmiş.

Qəza baş vermiş ərazini qalın tüstü buludu örtdüyü xəbər verilir.

Təyyarənin ətrafa səpələnmiş qalıqlar arasında bir neçə yanmış cəsədin göründüyü xəbər verilir.

Bu barədə daha geniş