ABŞ alimləri: tənha həyat tərzi ömrü qısalda bilər

ABŞ alimləri: tənha həyat tərzi ömrü qısalda bilər

ABŞ alimlərinin apardıqları yeni elmi tədqiqatın nəticələrinə görə tənhalıq insanın həyatını qısalda bilər.

1600-dək yaşlı insan üzərində tibbi tədqiqat aparmış ABŞ alimləri "tənhalıq hissi" keçirənlər arasında ölüm riskinin azqala 2 dəfə artıq olduğunu aşkar ediblər.

Tənhalıq eləcədə funksional tənəzzül və gündəlik fəallığın düşməsilə müşayət olunub.

Orta yaşı 71 olan müşahidə edilən yaşlılar qrupunun üzvlərindən onların özlərini "atılmış, təcrid olunmuş, yaxud ünsiyyətdən məhrum olunmuş" hiss edib-etmədikləri soruşulmuşdur.

Həmin yaşlılar qrupundan olanların təxminən 43%-i sadalanan "tənhalıq" anlamını təşkil edən 3 vəziyyətlərdən birini yaşadıqlarını bildirimişdilər.

Kaliforniya Universitetindən Carla Perissinotto'nun rəhbərlik etdiyi elmi qrup aparılmış tədqiqatların nəticələrini Archives of İnternal Medicine internet jurnalında dərc etdirib. məqalədə bunları qeyd edib

"Tənhalıq yaşlı adamların tutulduğu xəstəliklərin ümumi mənbəyi sayıla bilıər. Biz göstəririk ki, bu eləcədə ölüm halları və müxtəlif yollarla orqanizmin funksional tənəzzülünə gətirən risk faktorudur".

ABŞ-da keçirilən ayrı bir tədqiqatın nəticələri də eyni jurnalda dərc olunub.

Bu tədqiqatda tənha yaşayan və qan damarlarında tromb əmələ gəlməsindən əziyyət çəkən insanların ürək xəstəliklərindən ölmək riskinin daha artıq olduğu göstərilib.

Alimlər 44,573 orta yaş həddində olan iştirakçıları müayinə ediblər, onlardan 8,594 nəfəri tənha həyat tərzi sürənlər olub.

4 il ərzində aparılmış müşahidələr nəticəsində tənha yaşayanların ölüm riskinin 3% artıq olması müəyyən edilmişdir. Həmin müdət ərzində ürək xıəstəliklərindən ölmək riski tənhalar üçün 7%-dən 8,6%-dək artıq olmuşdur.