Embarqoya baxmayaraq Misir öz ərazisindən İran neftinin nəqlini kəsməyəcək

Embarqoya baxmayaraq Misir İran neftinin ərazisindən tranzitini dayandırmayacaq

Şəklin mənbəyi, BBC World Service

Misir rəsmiləri İran neftinin Misir boru kəmərləri vasitəsilə nəqlini dayandırmaq fikrində olmadıqlarını bildiriblər. Baxmayaraq kı Avropa İttifaqı İran neftinin Aİ ölkələrinə ixracına embarqo tətbiq edib.

RİA-Novosti agentliyi bu barədə misirin "əl-Əhram" qəzetinə istinadən xəbər verib.

"Avropa İttifaqının embarqosu yalnız Aİ ölkələrinə aiddir, Misirin bu embarqoya heç bir dəxliyyatı yoxdur", - Misir qəzeti ölkənin enerji sektorundakı mənbənin sözlərini iqtibas edib.

Beləliklə İran nefti Süveyş kanalı ilə Aralıq dənizini bağlayan SUMED şirkətinin boru kəmərləri vasitəsilə nəql edilməkdə davam olunur.