Suriyada döyüşlər şiddətlənib

Suriya Fotonun müəllifi Reuters
Image caption Bu kişinin yaxınları Dəməşqdə öldürülüb.

BMT Baş Assambleyası öz Təhlükəsizlik Şurasının Suriyada münaqişəyə son qoya bilməməsini pisləyən qətnamə qəbul etməsindən öncə Suriyada döyüşlər şiddətlənib.

Zirehlərlə silahlanan hökumət qüvvələri Dəməşqin cənubunda hücuma keçiblər. Hələbdə isə artilleriya atəşi davam edib.

BMT qətnaməsinin məqsədi Təhlükəsizlik Şurasına hərəkət etməsi üçün təzyiq göstərməkdir.

BMT və Ərəb Liqasının elçisi Kofi Annan dünən istefasını bəyan edib. Onun sülh planı uğursuz olub.

Müxbirlər deyir ki, bu, siyasi prosesin uğursuzluğa düçar olmasının göstəricisidir.

Fəallar deyir ki, 17 aydan bəri davam edən münaqişədə 20 min adam, xüsusilə də silahsız dinc sakinlər ölüb.