Kürd qadınları niyə PKK-a qoşulur?

PKK-nın qadın dəstəsi

Ötən həftə 3 qadının Parisdə öldürülməsi Türkiyə ilə kürd separatçılarının pərdə arxası mübarizəsini diqqət mərkəzinə çəkib. Bəs görəsən belə mühafizəkar cəmiyyətdə qadınlar yarım-hərbi təşkilatda irəliləməyə necə nail olurlar?

Hərbi geyimli Sakine Cansızın PKK lideri Abdulla Öcalanla yan-yana durduğunu əks etdirən fotoşəkil onun ölümündən bir qədər keçmiş peyda olub. Xanım Cansız Kürd hərəkatının hərbi və siyasi elitasında gözə çarpan ən aparıcı qadın rəmzlərindən olub.

ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu təşkilatlar siyahısına salınmış PKK olduqca dayanıqlı qüvvədir. Qurum artıq 30 ilə yaxındır ki, kürd muxtariyyəti uğrunda nəhəng türk ordusu ilə silahlı qarşıdurmaya girib.

PKK Yaxın Şərq hərəkatlarından fərqli olaraq geniş qadın kontingentinə malikdir.

Hərəkat daxilində hərəkat

Qadınlar kürd hərəkatının mərkəzində 1978-ci ildə, Marksizm-Leninizm ideyaları təsiri altında formalaşan PKK təşkilatının təsis günündən təmsil olunublar.

Hazırda həbsdə olan Öcalanın rəhbərliyi altında təşkilat özünü alternativ iqtisadiyyat, ekologiya, yerli özünüidaretmə və feminist gündəmə malik sosial hərəkat kimi təqdim etməyə cəhd göstərir.

PKK bir çox kürd qadını tərəfindən haqlarının gerçəkləşməsində vasitəçi qurum kimi qəbul olunur. Aparıcı vəzifə tutan qadınlarla yanaşı PKK daxilində ayrıca öz hərbi qanadına malik qadın partiyası da mövcuddur.

Bununla yanaşı kürdlərin BDP partiyasında yerlərin 40 faizi qadınlara ayrılıb və ona şərikli şəkildə qadın və kişi həmsədrlik edir.

Şimali İraqdakı PKK düşərgələrindəki qadınlar arasında araşdırma aparan norveçli alim Kariane Westrheim deyir ki, məsələnin gündəmdə olmasına rəğmən qadınlar öz sözünü deməkdə çətinlik çəkib.

“Bir çox baxımdan PKK tərkibindəki qadın təşkilatı hərəkat daxilində hərəkata çevrilib”.

Dəyər

PKK tərkibində qadınların sayının artması 1990-cı illərdə münaqişənin kəskinləşməsinə təsadüf edir.

Bu, qismən təhsil ocaqları, kənd, şəhər və Avropa boyu səfərbərliyin artırılması, habelə qadın haqlarına edilən vurğunun nəticəsidir.

Münaqişədə kürd qadınlarının rolunu Dr. Handan Cağlayan təhlil edib.

Onun sözlərinə görə, kəndlərin viran qoyulması, ailə üzvlərinin yoxa çıxması qadınlar arasında siyasiləşmənin artmasına səbəb olub.

52 yaşlı Leyla Zana kürd hərəkatının ən məşhur və rəmzi fiqurlarından biridir. O, 1980-ci ildəki hərbi çevrilişlə bağlı həyat yoldaşının həbsə atılmasından sonra kürd məhbuslarının hüquqları uğrunda kampaniya aparmağa başlayıb.

Üzvlük nəyə söykənir

Image caption Leyla Zana kürd hərəkatının fəal müdafiəçisinə çevrilib.

Dr Westrheim hesab edir ki, PKK təşkilatına üzv olmaq istəyi qadınlı kişili, ümümən bütün kürdlərin təqibə məruz qalmasına soykənir.

Alim kürd qadınlarının həm dövlət, həm də ki, mühafizəkar ailə təzyiqilə üzləşdiyini deyir.

Handan Cağlayan bildirir ki, PKK “gözə görünməyən” şəkildə yaşayan qadınlara fərd kimi yanaşaraq onlara özünü ifadə etmək imkanını verib.

Əvvəlcə kürd ailələri qadınların silaha sarılmasına etiraz edib. Mühafizəkar ailələrdə PKK-a daxil olan qızlarının kişilərlə yanaşı vuruşacağını qəbul etmək asan proses olmayıb.

"Kürdlər arasında təşkilatın haqlı mübarizəsi qızların PKK-a girməsinə göstərilən müqaviməti çətinləşdirib”, Handan Cağlayan deyib.

PKK üzvləri arasında cinsi əlaqələrə qoyulan sərt qadağa ənənəvi ailələr üçün qızlarının təşkilata üzv olmasına “namus” problemi yaratmır.

Dr Cağlayan deyir ki, PKK-nın qadınları səfərbər etməkdə uğuru kürd cəmiyyətinddə onlara qarşı yanaşmanı dəyişməyə başlasa da, ailə daxilində belə dəyişiklər əvvəlkitək ləng keçir.

Bu barədə daha geniş