BBC navigation

Rusiya müxalifəti fəalı Aleksandr Dolmatov Rotterdamda intihar edib

Son yeniləmə: 17 yanvar, 2013 - 18:30 GMT
 Aleksandr Dolmatov

Rusiya müxalifətinin may 6-da Moskvada, Bolotnaya meydanında keçirilmiş nümayişinin iştirakçısı Aleksandr Dolmatov Hollandiyada intihar edib.

Aleksandr Dolmatov Rusiyada məxfi raket istehsalı müəssisəndə konstruktor işləyib.

Bu barədə BBC Rus Xidmətinə "United" Qaçqınlar üzrə beynəlxalq şəbəkəsinin rəhbəri Gert Ates vəkil Mark Veynhaardena istinadən xəbər verib.

Dolmatov Amsterdamda deyil, Rotterdamda intihar edib, vəkil bildirib.

Hollandiyadakı Rusiya səfirliyi də Aleksandr Dolmatovun ölümü xəbərini təsdiqləsə də, ölümün gercəkləşdiyi zamanı və yeri müəyyənləşdirə bilməyiblər.

Hollandiyanın Repatriasiya Xidmətinə istinad edən diplomatlar müxalifətçinin intihar etdiyini bildirib.

Hazırda Rusiya səfirliyi intihar etmiş müxalifət fəalının cəsədinin Rusiyaya gətirilməsi üçün lazım olan sənədlərin tərtibatı ilə məşğuldur.

Hollandiya polisi BBC-ə rusiyalının intihar etməsi faktını hələlik təsdiqləməyib.

Mövzular

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.