BBC navigation

Obamanın andiçmə mərasimini izləmək istəyənlər Vaşinqtona axışır - şəkillərdə

Son yeniləmə: 20 yanvar, 2013 - 14:33 GMT

Barak Obamanın and içmə mərasimi

  • Son məlumatlara görə, demokrat prezident Barak Obamanın ikinci andiçmə mərasimində iştirak etmək üçün Birləşmiş Ştatlar paytaxtına axışan qonaqların sayı 800 mini ötməkdədir.
  • Bu, 2009-ci ildə qaradərili prezidentin ilk inaqurasiya mərasimini meydanda izləyənlərdən 2 dəfə az olsa da, şəhərin bayram ovqatına bürünməsi üçün bəs edir.
  • Yüzlərlə turist və paytaxt sakini şənbə günü mərkəzi park və küçələrdə və parklarda inaqirasiyaya hazırlıq tədbirlərini izləyiblər.
  • Binalar, küçə və arakəsmələr xüsusi bayram şüarları ilə bəzədilib, Prezident ailəsinin Capitol binasından Ağ Evə keçəcəyi yolboyu mərasimi rahat izləymək üçün xüsusi oturacaqlar yerləşdirilib.
  • Təhlükəsizlik tədbirlərinə onlarla məxfi polis qüvvələri cəlb olunub.
  • Turistlərin heç də hamısı prezident ailəsini yaxından görmək imkanına malik olmayacaq - belə ki, təşkilatçılar iştirakçılara əvvəldən məxsusi buraxılış vəsiqələri paylayıb.
  • Konstitusiyaya görə, ABŞ Prezidentlərinin səlahiyyət müddəti yanvarın 20-dən hesablanır. Bu tarix bazar gününə düşdükdə isə, əksər ictimai tədbirlər növbəti günə saxlanılır.
  • Beləliklə, Barak Obama bazar günü Ağ Evdə ictimaiyyətə qapalı mərasimdə and içib və bunu yanvarın 21-də Kongress binası önündə toplaşacaq izdiham qarşısında təkrarlayacaq.

İkinci dəfə ABŞ Prezidenti seçilmiş Barak Obama ictimaiyyət qarşısında and içəcək.

Yüz minlərlə insanın mərasimi izləmək üçün Vaşinqtona gəlməsi gözlənilir.

More Multimedia

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.