BBC navigation

Rusiya Duması qarşısında qeylərin etiraz aksiyası dava-dalaşla nəticələnib

Son yeniləmə: 22 yanvar, 2013 - 15:43 GMT
Rusiya Duması qarşısında qeylərin etiraz aksiyası dava-dalaşla nəticələnib

Moskvada onlarla qey hərəkatı fəalı parlament binası önünə toplaşaraq Rusiyada gey təbliğatı əleyhinə qanunlayihəsinə etiraz bildiriblər.

Etiraz aksiyası başladıqdan bir qədər sonra dava-dalaşla nəticələnib.

Etirazçılar aksiya zamanı "Homofobiya fəhlə sinfinin düşmənidir" və "Birlikdə homofobiya və zorakılığa qarşı" şüarları yazılmış plakatlar qaldırıb, onların bir qismi nümayişkaranə sürətdə homoseksual öpüş təsvir edirdi.

Bu qanun qəbul olunacağı təqdirdə, digər hərəkətlərlə yanaşı, ictimaiyi yerlərdə "homoseksual öpüşə" görə də cərimələr tətbiq olunacaq.

Qanun eləcədə həddi buluğa çatmamış yeniyetmələr arasında homoseksual təbliğatın aparılmasını və ictimayi yerlərdə geylərin haqlarını təşviq edilməsini qanun pozuntusu kimi dəyərləndirir.

Gey hərəkatı fəalı Igor Yasin qanun layihəsinin qeyri-demokratik olduğunu bildirib.

"Biz bura gey təbliğatını qadağan edən qanuna qarşı etiraz bildirməyə gəlmişik. Bu qanun layihəsi faktiki olaraq antidemokratikdir və təkcə homoseksuallar üçün yox, eləcə də bütün cəmiyyət üçün dağıdıcı səciyyə daşıyır", Yasin deyib.

Rusiya parlamenti qanun layihəsinin müzakirəsini cümə gününədək təxirə salıb. Bu xəbər məlum olandan sonra anti-gey hərəkatı fəalları parlament qarşısında "öpüş etirazı" nümayiş etdirən geylərin aksiyasına dağıtmağa çalışıblar. Nəticədə gey aksiyası dava-dalaş şəraitində başa çatıb.

Adının açıqlanmasını istəməyən geylər əleyhinə etirazçılardan biri deyib ki, o, uşaqlarının gələcəyindən narahatdır.

"Uşaqlarımın günaha batmasına, homoseksualların təbliq etdiyi günah əməllərə və instinktlərə vərdiş etmələrini istəmirəm", həmin adam deyib.

Qanun layihəsi 1-ci oxunuşda Dumada qəbul olunarsa, novbəti iki oxunuş parlamentin yuxarı palatası Senatda keçiriləcək.

Bundan sonra qanunun qüvvəyə minməsi üçün sənəd prezident Vladimir Putin tərəfindən imzalanmalıdır

Rusiyanın Moskvadan sonra ikinci böyük şəhəri St.Peterburqda bənzər qanun artıq qüvvədədir, və həmin qanuna əsasən ictimai yerlərdə həddi buluğa çatmamış yeniyetmələr arasında homoseksuallığın təşviq edilməsinə görə cərimə cəzası nəzərdə tutulub.

Mövzular

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.