BBC navigation

Danimarkada qadın və kişi saçı kəsməyin qiyməti barədə mübahisə

Son yeniləmə: 22 yanvar, 2013 - 12:35 GMT
Danimarkada qadın saç xidməti üçün qiymətin kişilərlə eyniləşdirilməsini istəyib

Danimarkada yerli saç ustaları gender bərabərliyi üzrə nəzarətçi qurumun qadın və kişilərə göstərilən bərbərlik xidmətləri üçün qiymətləri eyniləşdirmək qərarını cəfəngiyyat sayaraq rədd ediblər.

Ötən ay ölkənin gender bərabərliyini təşviq edən qurumu gözəllik salonuna orada saçını düzəltmiş qadına kompensasiya ödənilməsi barədə qərar çıxarıb.

Buna səbəb həmin qadının salonda saç düzümü xidmətinə görə kişi müştərilərin ödədiyi məbləğdən daha çox pul ödədiyi üçün gender bərabərliyi idarəsinə şikayətlə müraciət etməsi olub.

Lakin Danimarka saç ustalarını təmsil edən təşkilatın rəhbəri qadınlar üçün saç düzümü xidməti daha çox vaxt tələb etdiyindən, tariflərdə fərq mövcudluğunun ədalətli olduğunu qeyd edib.

Gender bərabəliyi idarəsinin qadın və kişi saç düzümü xidməti üçün tariflərdə fərqin ləğv edilməsi barədə qəbul etdiyi qərardan apellyasiya şikayəti artıq verilib.

Apellyasiya məhkəməsi həmin şikayətə baxıb müəyyən qərra çıxarmalıdır.

Mövzular

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.