BBC navigation

İran Belarusdakı ABŞ sanksiyasına məruz qalmış bankını satıb

Son yeniləmə: 23 yanvar, 2013 - 15:26 GMT
İran ABŞ sanksiyasına məruz qalmış Belarusdakı bankını satıb

Minskdə 2009-cu ildə 100 faiz İran kapitalı ilə təsis olunan Honorbank ötən gün Belarus paytaxtında 5,1 milyon avroya satılıb.

Belarus təhlilçiləri hesab edir ki, ABŞ sanksiyalarından qurtulmaq üçün bank sadəcə üzdə olan rekvizitlərini dəyişiir.

Belarus valuta-fond birjası bankın aksiyalarının nominaldan 25,9 faiz baha satıldığını bildirib.

Honorbank, haqlarında məlumat açıqlanmayan, Avropa və Belarusdan olan "iki qeyri-bank strukturu" tərəfindən alınıb.

Satış günü Honorbank Belarusda qeydə alınmış 32 bank arasında 29-cu yerdə idi.

İqtisadçılar bankın "kiçikmiqyaslı" olduğunu qeyd edirlər.

Son məlumatlara görə, Honorbankın kapital həcmi 6,6 milyon avro, aktivləri isə 14,5 milyon avro təşkil edib.

"Cib bankı"

Məlumatlara görə, Honorbank əsasən, şirkətlərə xidmət göstərərək, Belarus bazarında İran maliyyə qruplarının maraqlarını təmsil edib, Belarus ilə İranın ticarət əlaqələrində maliyyə xidmətləri göstərib.

Bankın top menecerləri də İran mütəxəssisləri olubmuş.

ABŞ Maliyyə Nazirliyi 2010-cu ildə Honorbanka qarşı sanksiyalar tətbiq edərək, Minskdəki bankın İran təsisçilərini İranın nüvə proqramını maliyyələşdirməkdə şübhəli sayıldıqlarını bəyan ediblər.

Satış rəsmiləşdirildikdən sonra bank rəhbərinin müşaviri Vladimir Qarkalıy bildirib ki, İran kapitalı bankda artıq nə birbaşa, nə də dolayısı yolla mövcud deyil.

Bu arada Minskdə İran kapitalının iştirakı ilə və ABŞ sanksiyalarına məruz qalan daha bir bank fəaliyyət göstərməkdədir. "Bank torqoviy kapital"ın səhmlərinin 97 faizi İranın "Bank Tejarat" bankına məxsusdur.

Mövzular

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.