Minlərlə Paris sakini gey nikahları əleyhinə etirazını bildirib

Minlərlə Paris sakini gey nikahları əleyhinə etirazlarını bildirib

Parisdə eyni cins nümayəndələri arasında nikahları və təkçinsli ailələr tərəfindən uşaqların oğulluğa götürülməsini leqallaşdıran qanunu qəbul etməmək tələbilə kütləvi etiraz aksiyası keçirilib.

Müxtəlif təxminlərə əsasən, etiraz bildirmək üçün Paris küçələrinə 45 mindən 270 minədək adam çıxıb.

Eyni zamanda Parisdə cinsi azlıqların hüquqlarının müdafiəsi məqsədilə yürüş keçirilib - yürüşdə Fransa paytaxtının meri Bertran Delanoe iştirak edib və aksiyanın ön cərgələrində addımlayıb.

Bertran Delanoe ilk Fransa siyasi xadimlərindəndir ki, açıq şəkildə gey olduğunu bəyan edib.

Homoseksual cütlərin münasibıətlərini qanuniləşdirən sənəd bundan əvvəl ilk oxunuşda Fransa parlamentinin hər iki palatası tərəfindən bəyənilmişdi. Qanun layihəsinin yekun müzakirəsi çərşənbə axşamı aprelin 23-də keçirilməlidir.