Suarezin rəqibini dişləməsi ona 10 oyuna başa gəldi

 Luis Suarez dişləyərkən

Chelsea klubunun müdafiəçisi Branislav İvanovici dişlədiyi üçün Liverpool komandasının hücumçusu Luis Suarez 10 matçda iştirak edə bilməyəcək.

Bu qadağanı Futbol Assosiasiyası qoyub.

Hadisə bazar günü tərəflər arasında 2-2 hesabı ilə başa çatan oyun zamanı baş verib.

26 yaşlı hücumçu Suarez Chelsea müdafiəçisini dişlədiyi üçün sonradan üzr istəsə də, Liverpool tərəfindən cərimə edilib.

FA-nın qərarına etiraz etmək üçün cümə günü günortayadək vaxtı olan klub qadağa vaxtının bu qədər uzun olmasından "şok və məyus" olduğunu deyib.

Suarez qadağanı bəyan etsə də, yalnız 3 oyundan kənarlaşdırılmalı olduğunu bildirib.

İlk dəfə deyil ki, Suarez kobudluğuna görə cərimə olunur. 2010-cu ilin noyabrında PSV Eindhoven yarımmüdafiəçi Otman Bakkal-ı dişlədiyi üçün Suarezin 7 oyunda iştirakı qadağan olunmuşdu.

Liverpool komandasında isə 2011-ci ilin dekabrında Manchester United oyunçusu Patrice Evra-nı irqçi sözlərlə təhqir etdiyi üçün o, 8 oyundan kənarlaşdırılmış və FA tərəfindən 40 min funt sterlinq məbləğində cərimə olunmuşdu.

Bu barədə daha geniş