Serbiya prezidenti Srebrenitsa hadisələrinə görə üzr istədi

Tomislav Nikoliç
Image caption Tomislav Nikoliç

Serbiya prezidenti Tomislav Nikoliç Srebrenitsada 8 minədək bosniyalı müsəlmanın kütləvi qırğınına görə ilk dəfə olaraq üzr istəyib.

Lakin Serbiya prezidenti həmin qırğını "soyqırım" adlandırmaqdan imtina edib.

"Diz üstə çökərək Srebrenitsada törədimiş cinayətlərə görə sizdən bütün Serbiyanın adından bağışlamağınızı xahiş edirəm", Nikoliç deyib.

Bu hadisə İkinci Dünya Müharibəsindən sonra Avropada törədilmiş ən dəhşətli cinayət sayılır.

Bosniya televiziyası ilə göstəriləcək müsahibəsində Tomislav Nikoliç deyib:"Bizim ölkəmizin və xalqımızın adından törədilən cinayətlərə görə bağışlamağınızı xahiş edirəm".

Həmin müsahibənin parçaları Youtube-da dərc edilib.

Beynəlxalq Məhkəmə və BMT-nin Haaqadakı Hərbi Cinayətlər üzrə tribunalı tərəfindən Srebrenitsa qırğınının soyqırım kimi tanınmasına baxmayaraq, ötən ilin may ayında seçkidə qələbə qazandıqdan sonra, Tomislav Nikoliçin Sreberenitsada kütləvi qırğını soyqırım adlandırmaqdan imtina etməsi bosniyalıların narazılığına və etirazına səbəb olmuşdur,

O zaman Nikoliç bildirmişdir ki, "Srebrenitasada soyqırım olmayıb".