İspaniyada işsizlik rekord səviyyəyə çatıb

İspaniya işsizlik

İspaniyada açıqlanan rəsmi məlumatlara əsasən 2013-cü ilin ilk rübündə işsizlik rekord təşkil edən 27.2% çatıb.

İşsiz qalan adamların sayı 6 milyonu ötüb.

Hərçənd ki, işsilziyin ümumi artım tempinin azaldığı bildirilir.

İşsizlik 1976-cı ildə diktator Franconun vəfatından bu yana ən yüksək zirvəsinə çatıb.

Yeni rəqəmlər İspaniyanın 5 il əvvəl daxil olduğu tənəzzüldən çıxmaq səylərinin çətin olacağına dəlalət edir.

Madriddə sərt qənaət siyasətinə qarşı böyük nümayişin keçiriləcəyi planlaşdırılıb.

İqtisadi çəkisinə görə avrozonanın 4-cü ölkəsi olan İspaniyanın baş naziri Mariano Rajoy cümə günü iqtisadi tənəzzülə mübarizə üzrə addımlarını açıqlamalıdır.

Beynəlxalq Valyuta Fondu ötən həftə ölkə iqtisadiyyatının 1.6 faiz ixtisar olunacağını proqnoz edib.

Fond həmçinin işsilzik səviyyəsinin 27 faizə çatacağını bildirib.