Moskvanın İslam Mərkəzində 140 adam saxlanılıb

Polis

Danilovskaya 8 ünvanındakı “Dar-ül-Arkam” İslam Mərkəzinə baş çəkən Federal Təhlükəsizlik Xidmətinin saxladığı 140 adam yerli polis şöbələrinə aparılıb, rəsmi məlumatda deyilir.

Hüquq mühafizəçiləri həbs edilənlər arasında 30 nəfərin əcnəbi olduğunu bildirirlər.

Aprelin 19-da Sankt-Peterburqda"Apraksin Dvor" bazarı yaxınlığındakı məsciddə analoji əməliyyat vaxtı 500 adam saxlanılmışdır.

O vaxt saxlanılanlar arasında qeyri-leqal immiqrant kimi 2 nəfərin Azərbaycana göndərildiyi bildirildi.

Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidməti “Dar-ül-Arkam” mərkəzinə gələnlər arasında daha sonra radikallaşaraq "ekstremist və terrorçuluq" fəaliyyətə qatılan şəxslərin olduğunu bildirib.

Söhbət 2011-ci ilin oktyabr ayında Şimali Qafqazda öldürülmüş İbrahim Pliyev və həmin ilin iyul ayında metro partlayışı hazırlamaqda şübhəli olmaqla bağlı həbsə alınan daha 4 nəfər Şimali qafqaz sakinindən gedir.

İslam.ru saytına əsasən Danilovskaya 8 ünvanında ibadət məkanı, ərəb dili üzrə kurslar və kitabxanası olan tədris mərkəzi yerləşir.