İraqda 10 sünnipərəst telekanalın yayımı dayandırılıb

İraqda 10 sünnipərəst telekanalın yayımı dayandırılıb

İraq rəsmiləri peyk vasitəsilıə yayımlanan 10 telekanalın lisenziyasını geri çağırıblar.

Buna səbəb təriqətlərarası toqquşmaların güclənməsui olub.

“Aranı qızışdırdığına görə” yayımı dayandırılmış telekanallar sırasında, o cümlədədn Əl-Cəzirə TV və Şərqiyə telekanallarının da adı çəkilir.

Qara siyahıya düşən telekanalların İraqa verilişlərinin yayımı dayandırılıb.

İraqın Baş naziri Nuri əl-Məliki İraqda və təriqətçilik zəminində zorakılığıq dalğasının xaricdən kökünün xaricdə olduğunu bəyan edib.

Bir həftədən də az müddətə İraqda baş vermiş zorakılıqlarda 170-dən çox insan həlak olub.

Ötən çərşənbə axşamı ordu qüvvələrinin sünni etirazçıların düşərgəsinə reydi toqquşmalarla nəticələnib.

Kərkük şəhəri yaxınlığındakı məntəqə yerləşən düşərgədə toqquşmalarda 20-dən çox adam həlak olub.

Bu hadisə ilə bağlı İraq hökümətinin 2 sünni naziri ivəzifələrindən istefa veriblər..Sünnilərin etiraz dalğası Ramadi və Fəlluca çəhərlərinə, eləcədə də ölkənin qərb və şimalında digər şəhərlərə də yayılıb.