Əfqanıstandakı helikopter qəzasında ABŞ hərbçiləri ölüb

Əfqanıstanda nəzarət helikopterinin qəzaya uğraması dörd amerikalının ölümü ilə nəticələnib.

Reuters agentliyi yazır ki, Talibanla əlaqəsi olmayan hadisə, pis hava şəraitində gercəkləşib.

Hadisənin baş verdiyi Zabul rayonunun polis şefi Rogh Lewanai bildirib ki, ölənlərin şəxsiyyəti tanınmasa da, təyyarə NATO-nun Təhlükəsizliyə yardım üzrə beynəlxalq qüvvələrin hərbi kontingentinə (ISAF) məxsus olub.

Hadisəni təsdiqləyən Ağ Ev məsələnin araşdırıldığını bildirib.

Zabul vilayətində aprelin əvvəlində də ABŞ diplomatı və əsgərlərinin ölümü ilə nəticələnən bomba partlayışı baş verib. Aprel ayı əfqan onlarla mülkisinin ölümü ilə də yadda qalıb.

Bu barədə daha geniş