Futbolçunu vuran çeçen hakimə ömürlük qadağa

Qroznı stadionu
Image caption Insident Qroznıda yerli “Terek”lə Permin “Amkar” komandası arasındakı oyunun gedişatında baş verib.

"Amkar" komandasının oyunçusunu vurmuş Musa Kadırovun futbolla bağlı fəaliyyətinə ömürlük qadağa qoyulub.

Müvafiq qərarı qaydaların icrasına nəzarət edən futbol qurumu öz iclasında qəbul edib.

"Bu deməkdir ki, Kadırov nəinki hakim, hətta oyunçu, məşqçi, agent və sairə ola bilməz”, Rusiya futbol ittifaqı intizam-nəzarət komitəsinin qərarını izah edərkən Artur Qriqoryants deyib.

Sabiq artbitrə həmçinin 500 min rublluq (16.1 min dollar) cərimə kəsilib.

Çeçen hakiminin karyerasına son qoyan insident aprelin 26-da Qroznıda yerli “Terek”lə Permin “Amkar” komandası arasındakı oyunun gedişatında baş verib.

Hakim qonaq komandanın müdafiəçisi İlya Kriçmarı yerə yıxaraq ona təpik vurub. Kadırov futbolçunun söyüş işlətdiyini bildirir.

İlya Kriçmar bunu inkar etsə də, 4 oyuna diskvalifikasiya edilib.