Fransada eynicinsli nikahlar qanuniləşib

Cüt

Prezident Francois Hollande tərəfindən müvafiq qanunun imzalanması ilə Fransa eynicinsli nikahları tanıyan Avropanın sayca 9-cu ölkəsi olub.

Qanunun qüvvəyə minməsindən 10 gün keçmiş ilk nikah aktı bağlanıla bilər.

Cümə günü qanun əleyhinə sabiq prezident Nicolas Sarkozy-nin irəli sürdüyü etiraz iddiası Konsitusiya Məhkəməsi tərəfindən rədd edilib.

Məhkəmə qərarından dərhal sonra Francois Hollande “öz üçün hər şeyi” həll etdiyini deyərək “Respublika qanunlarının icrası üçün vaxtın gəlib çatdığını” deyib.

Mübahisə

Hüquqi baxımdan məsələ həllini tapsa da, mövzu ətrafında mübahisələr, qütbləşmə şəraitində keçir.

Tənqidçilər özəlliklə eynicinsli ailələrin övladlığa uşaq götürmək haqqına etiraz edirlər.

Bu fikirdə olanlar mövqelərini ötən ay Parisdə keçən kütləvi etiraz aksiyasında bildiriblər.

Konstitusiya Məhkəməsi eynicinsli ailələrin uşaq götürmək haqqını prinsipcə tanısa da, ona zamin olmur.

Gey evliliyin leqallaşdırılması Francois Hollande-ın mənsub olduğu Sosialist Partiyasının seçki qabağı vədlərindən biri olub.

Bu barədə daha geniş