Putinin həyatında “başqa qadın yoxdur”

Putinlər

Rusiya prezidentinin mətbuat katibi Putinin həyat yoldaşından ayrıldıqdan sonra yenidən evlənmək istədiyi barədə iddiaları şayiə adlandırıb.

“Exo Moskvı” radiostansiyası efirində Dmitri Peskov Putinin həyatında başqa qadının olmadığını vurğulayıb.

Mətbuat katibi deyib ki, bunu təsdiqləmək üçün prezidentin iş cədvəlinə nəzər salmaq kifayətdir.

“Burdan aydın olur ki, onun həyatı ailə əlaqələrilə heç bir şəkildə bağlı deyil”.

Vladimir və Lyudmila Putina cümə axşamı ayrıldıqlarını elan ediblər.

Bu barədə daha geniş