Nelson Mandela ağır vəziyyətdə xəstəxanadadır

Nelson Mandela ağır vəziyyətdə xəstəxanadadır, bu barədə Cənubi Afrika prezidentliyi məlumat yayıb.

Prezident Jacob Zuma deyib ki, o, Mandelanı ziyarət edib, onun xanımı və həkimlərlə söhbətləşib.

Həkimlər “onun vəziyyətinin yaxşılaşması üçün əllərindən gələni edir”, cənab Zuma bəyanatında deyib.

Cənubi Afrikanın ilk qara dərili prezidenti olmuş 94 yaşlı Mandela Pretoria şəhər xəstəxanasına bu ayın əvvəli ciyər infeksiyasına görə aparılıb. Bu isə, onun 2013-cü ildə üçüncü dəfə xəstəxanada müalicə edilməsi deməkdir.

Cənab Zuma deyib ki, həkimlər bazar günü ona keçmiş prezidentinin vəziyyətinin son 24 saat ərzində pisləşdiyini bildirib.

“Həkimlər "Madiba"nın vəziyyətini yaxşılaşdırmaq və rahatlığını qorumaq üçün hər şey edir, o yaxşı əllərdədir", deyən Zuma, Mandelanı Cənubi Afrikada məşhur olan ləqəbi ilə adlandırıb.

Cənab Zuma daha sonra xəstəxanada rəhbəri olduğu Afrika Milli Konqressinin (AMK) idarəedici müavini Cyril Ramaphosa ilə birgə Mandela üçün duaetmə mərasiminə qoşulub.

Prezidentin sözçüsü Mac Maharaj BBC-nin Newshour proqramına deyib ki, həkimlər "kritik" sözünü işlətdiyindən "onun vəziyyəti şübhə altındadır".

Vəziyyəti "kritikdir"

"Buna görə də, biz xalqa demək istəyirik ki, həkimlər onun vəziyyətini yaxşılaşdırmaq üçün bütün cəhdləri edir", o deyib.

Cənab Maharaj əlavə edib ki, indiki vəziyyət Mandela ailəsi üçün "çox stressli" zamandır.

"Düşünürəm ki, xəbərlərə hazır olmaq lazımdır. Yalan ümidlərə qapılmamaq, eyni zamanda onun sağlamlığının geri qayıtması üçün dua etməliyik".

Mandelanın və Zumanın da daxil olduğu AMK öncəki bəyanatlarında Madibanın sağlamlıq vəziyyəti ilə bağlı açıqlamalar verib.

Bazar günü Ağ Ev də bildirib bu barədə məlumat yayıb: "dualarımız onunla, ailəsi və Cənubi Afrika xalqı ilədir".

BBC-nin Johannesburg müxbiri Andrew Harding deyir ki, Mandela barəsində məlumat hər zaman gözlənilməyən hadisələrdən qorunmaq üçün hökümətin ciddi nəzarəti ilə yayılır.

Bu səbəbdən hazırda onun vəziyyətinin kritik olmasını demək cənubi afrikalılar üçün "ağır xəbər" olacaq, çünki çoxları onu ailə üzvü kimi görür, Harding bildirir.

Bu barədə daha geniş