BMT: yeni növ “leqal uyuşdurucularla” mübarizə çətinləşir

Uyuşdurucu

Birləşmiş Millətlərin yeni hesabatına əsasən dünya boyu peyda olan yeni növ “leqal uyuşdurucular” narkotiklələ qarşı mübarizədə hökumətlərin səylərini əngəlləməkdədir.

Beynəlxalq təşkilatın cinayət və qeyri-qanuni narkotik mübadiləsi ilə mübarizə üzrə qürumu ənənəvi heroin və kokain kimi narkotiklərin istifadəsinin eyni səviyyədə qaldığı bir halda sintetik uyuşdurucuların internet vasitəsilə yayıldığını bildirib.

Narkotiklərin istifadəsilə bağlı “World Drug Report” hesabatında BMT leqal sayılan yeni sintetik uyuşdurucuların dağıdıcı təsirə malik olduğunu qeyd edir.

"İnternet vasitəsilə də açıq satılan yeni psixoaktiv maddələr...ənənəvi uyuşduruculardan daha təhükəli ola bilər”, - BMT hesabatında deyilir.

Sənəddə bildirilir ki, “yeni psixoaktiv maddələrin” yayılması səhiyyə xidmətlərini sınağa çəkir.

BMT bildirir ki “ədviyyat”, “miyu-miyu” (mefedron)və “hamam duzları” kimi narkotik adları gənclər arasında istifadə riskinin aşağı olması təəssüratını yaradır.

Beynəlxalq təşkilata əsasən poilisin ləngidiyi bir vaxtda cəld hərəkət edən kriminal ünsürlər mənf'ətli yeni narkotiklər bazarını ələ keçirirlər.

Narkotiklə mübarizə və narkotik maddələrdən asılılıq üzrə Avropa Monitorinq Mərkəzinə əsasən 2011-ci ildə Avropa İttifaqı ölkələrində 49 yeni uyuşdurucu aşkar olunubsa, cari ildə bu rəqəm 73-ə çatıb.

Sintetik uyuşdurucu maddələrin yayılmasına görə ABŞ Avropa göstəricilərini ikiqat üstələyir.