Uruqvay parlamenti marixuananın leqallaşdırılmasını dəstəklədi

Jose Mujica
Image caption Prezident Mujica deyir ki, bu üsul narkotikdən istifadə edənləri marixuanadan ağır maddələrdən istifadə etməkdən çəkindirəcək

Uruqvayın Nümayəndələr Palatasının üzvləri marixuananın leqallaşdırması barədə qanun layihəsini qəbul edib.

Qanun layihəsini Senat da qəbul etsə, Uruqvay marixuananın istehsalını, paylanmasını və satışını tənzimləyən ilk ölkə olacaq.

Prezident Jose Mujica-nın höküməti eynilə bu ölçünü dəstəkləyir. Prezident Mujica deyir ki, bu üsulla narkotik satıcıların gəlirlərini aradan qaldırılacaq və narkotikdən istifadə edənlər marixuanadan ağır maddələrdən istifadə etməkdən çəkindiriləcək.

Qanun layihəsinə görə, marixuananı ancaq hökümət sata biləcək.

Qanuna görə, dövlət "anaşanın və onun məhsullarının idxalı, ixracı, əkini, becərilməsi, məhsul istehsalı, əldə edilməsi, saxlanması, kommersiyalaşdırılması və bölüşdürülməsinin nəzarətini və tənzimləməsini" öz üzərinə götürəcək.

Alıcılar məlumat bazasında qeydiyyatdan keçməli və yaşları 18-dən yuxarı olmalıdır. Onlar xüsusi lisenziya almış apteklərdən ayda 40 qrama qədər marixuana ala və ya özləri evdə altı bitki saxlaya biləcəklər.

13 saat davam edən debatdan sonra, qanun layihəsini 96 deputatdan 50-i qəbul edib.

Bu barədə daha geniş