Suriya böhranı: ABŞ hərbi gəmilərini Aralıq dənizin şərq hissəsinə toplayır

ABŞ gəmisi
Image caption ABŞ hərbi gəmilərini Aralıq dənizin şərq hissəsinə toplayır

Suriyada yaranmış vəziyyətlə bağlı ABŞ öz imkanlarını götür-qoy etdiyi vaxt, Pentaqon qüvvələrini Suriya sahilləri yaxınlığında çəmləşdirməkdədir, ABŞ Müdafiə naziri Chuck Hagel jurnalistlərə bildirirb.

ABŞ Müdafiə naziri xırdalıqlara varmasada, mediada getmiş məlumatlara əsasən, ABŞ hərbi-dəniz donanması qüvvələrini Aralıq dənizinin şərq hissəsində toplamaqdadır.

Ötən gün prezident Barak Obama bildirib ki, "Suriya höküməti tərəfindən kimyəvi silahın istifadə edilməsi barədə səslənmiş yeni ittihamlar ciddi narahatlıq üçün əsas yaradır".

Suriyanın müttəfiqi Rusiya bildirir ki, "hücumun arxasında üsyançıların durduğuna dair dəlillər mövcuddur".

Suriya müxalifəti isə Dəməqdə çərşənbə günü hökümət qüvvələri tərəfindən həyata keçirilən hücum nəticəsində yüzlərlə adamın həlak olduğunu bildirir.

BMT Baş katibi Ban Ki–moon hadisəni "qərəsziz və dərindən araşdırılmasını təmin etmək əzmində" olduğunu bildirirb.

Bundan əvvəl ABŞ Müdafiə Nazirliyinin rəsmiləri göyərtəsində raket silahı daşıyan sayca 4-cü ABŞ hərbi gəmisinin Aralıq Dənizinin şərq hissəsinə daxil olduğunu bildirmişdir.

Bu arada Rusiya XİN rəsmisi Aleksandr Lukaşeviç deyib ki, Moskva prezident Bəşər Əsədi BMT müfəttişlərilə əməkdaşlıq etməyə çağırıb. Eyni zamanda, Rusiya XİN rəsmisi qeyd edib ki, Suriya müxalifətinin hadisə yerinə gələcəyi halda "BMT missiyasının təhlükəsizliyinə dair təminat verməyə hazır olmasına dair suallar qalmaqdadaır.”

Rusiya XİN-i "Avropa paytaxtlarından səslənən BMT Təhlükəsizlik Şurası üçün Suriyada gücdən istifadə edilməsi" çağırılşlarını "qəbuledilməz" adlandırıb.

Rəsmi Dəməşq kimyəvi silahdan istifadəyə sanksiyanın hökümət tərəfindən verilməsi ittihamlarını "məntiqsiz və qurama" sayır.