NASA Instagram hesabı açıb - şəkillər

NASA ictimaiyyətlə ünsiyyət qurmaq və gördükləri işlər haqqında məlumatı fotolar vasitəsilə bölüşmək üçün rəsmi Instagram hesabı açıb.

Yer kürəsi, 20 iyul 1969 Apollo 11-dən çəkilib
Şəklin alt yazısı,

NASA ictimaiyyətlə ünsiyyət qurmaq və gördükləri işlər haqqında məlumatı fotolar vasitəsilə bölüşmək üçün rəsmi Instagram hesabı açıb.

Şəklin alt yazısı,

"Biz sosial mediada yerimizi daima yüksəltmək istəyirik və NASA-nın araşdırma və aşkarlama hekayəsini izah edəcək ən yaxşı üsullardan istifadə etməyə çalışırıq", NASA-nın mətbuat katibi Lauren Worley deyib.

Şəklin alt yazısı,

NASA-nın yaydığı birinci şəkillər, agentliyin Ay Atmosferi və Toz Mühit Kəşfiyyatçısı (LADEE) missiyasının başlaması haqqında olub.

Şəklin alt yazısı,

LADEE - ay atmosferinin strukturu və tərkibi haqqında ətraflı məlumat almaq üçün ayı orbit edəcək robot-texniki araşdırma missiyasıdır.

Şəklin alt yazısı,

NASA tərəfindən maliyyələşən tədqiqat artıq göstərib ki, ayın səthindəki mineral dənlərdə su kilidlənib. Su isə səthin altındakı naməlum mənbədən əmələ gəlib.

Şəklin alt yazısı,

NASA-nın hesabı yeni və tarixi şəkilləri və videoları paylaşaraq agentliyi hər cəhətdən göstərməyə cəhd edəcək.

Şəklin alt yazısı,

Bütün şəkilləri instagram.com/nasa hesabında görə bilərsiniz.