Şəkillərdə: Çilidə 1973-cü ilin hərbi çevrilişi

Çilidə 1973-cü ildə ordu tərəfindən törədilmiş hərbi çevriliş nəticəsində prezident Salvador Allende qətlə yetirildi.

Çilili dövlət xadimi Salvador Allende (1908-1973) Çili Kommunist Partiyasının beşinci yubileyində çıxış edərkən. Tibbi həkim olan cənab Allende, Çili Sosialist Partiyasının həmtəsisçilərindən biri olub (1933).
Şəklin alt yazısı,

1973 il sentyabrın 11-də dünyada ilk dəfə demokratik seçkilər nəticəsində seçilmiş dövlət başçısı, Çili prezidenti Salvador Allende hərbi çevriliş gedişində həalk oldu. 1970-ci ildə hakimiyyətə gələndən sonra o, islahatlar həyata keçirərək, dağ-mədən sənayesini milliləşdirdi. Bu addım Çili müxalifətini və ABŞ hökümətinin qəzəbinə səbəb oldu.

Şəklin alt yazısı,

Onun ölkə iqtisadiyyatının strukturunu dəyişmək cəhdi inflyasiyaya və ərzaq qıtlığına səbəb oldu. Tətillər ölkəni iflic vəziyyətinə saldı və çevriliş ərəfəsində paytaxtı təcrid olunmuş vəziyyətə saldı.

Şəklin alt yazısı,

1973-cü ilin avqust ayında Allende hökümətə yüksək rütbəli ordu zabitlərini gətirərək, bu yolla hərbi çevrilişin qarşısının alınacağını zənn etdi. Həmin dövrdə general Augusto Pinochet ordu rəhbəri təyin olundu.

Şəklin alt yazısı,

İki əsas müxalifət partiyası prezidenti istefa verməyə çağırdı. Cənab Allende tərəfdarlarını ona dəstək göstərməyə çağırsa da, real müqavimət göstərilməyib.

Şəklin alt yazısı,

Prezident istefa tələbini rədd edəndən sonra prezident sarayına havadan raket və bomba hücumu başladı.

Şəklin alt yazısı,

Hərbi mənbələrə əsasən, prezident Allende istefasını elan etmək üçün 5 dəqiqəlik atəşkəs barədə xahiş etmişdi, lakin hərbçilərin təbirincə Allende tərəfdarlarından olan snayperlərin mövcudluğu atəşkəsin yaradılmasını mümükünsüz etmişdir.

Şəklin alt yazısı,

Prezident sarayına 17 bomba zərbəsi endirilmişdi. Rəsmi məlumatlara əsasən saraya hücumun gedişində prezident Allende özünü güllələmişdi.

Şəklin alt yazısı,

Çevriliş baş tutandan sonra ölkədə fövqəladə vəziyyət və komendant saatı elan olunmuşdu.

Şəklin alt yazısı,

General Augusto Pinochet çevrilişdən sonra özünü prezident vəzifəsinə təyin etmişdi. Onun höküməti hərbçilərdən ibarət idi.

Şəklin alt yazısı,

Xəbərlərə görə həmin hadisələr zamanı minlərlə adam həlak olmuşdu. Lakin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən dəstəklənən çevrilişi həyata keçirən hərbi hunta hadisələr zamanı 100-dən az adamın öldüyünü bildirmişdi.

Şəklin alt yazısı,

Çilidə Pinochet-in hakimiyyəti 17 il çəkdi. Həmin dövr ərzində hərbi rejimin 3 mindən artıq siyasi opponenti hərbiyyə tərəfindən öldürüldü, bəziləri isə yoxa çıxdı.