Namizədlərin debatlarında qalmaqal: YAP və Milli Şura araşdırma istəyir

Hafiz Hacıyev, Cəmil Həsənli

YAP Cəmil Həsənlini prezidentin “faktiki təhqirində” suçlayıb. Milli Şura Cəmil Həsənliyə qarşı yol verilən “qanun pozuntularının“ araşdırılmasına səsləyib.

Cümə axşamı Milli Televiziya ilə prezidentliyə namizədlərin debatları vaxtı Milli Şuranın vahid namizədi Cəmil Həsənli xaricdə mülklərə malik olan hakimiyyəti korrupsiyada və dövlət vəsaitlərinin mənimsəməsində suçlayılb.

Cəmil Həsənli həmçinin İlham Əliyevin 3-cü dövrə seçilməsini və təbliğat kampaniyasına erkən başlamısının qanuna zidd olduğunu deyib.

Müasir Müsavat partiyasının lideri öz cavab sözündə qarşı tərəfi xaricdə yaşamaqda və ingilislərin “qudası adlandıraraq” inqilab hazırlamaqda suçlayıb.

“İngilisin tapşırığı ilə inqilab etmək istəyirsiniz”, - deyib Hafiz Hacıyev.

Tənqid

Milli Şura və Yeni Azərbaycan Partiyası açıqlama yayıblar.

Hakim partiya Mərkəzi Seçki Komissiyasına Həsənlidən şikayət edəcəyini bildirib və iqtidarın namizədinin təhqir olunduğunu iddia edir.

Milli Şura İlham Əliyevin səlahiyyətli nümayəndələrinin və tərəfdarlarını seçki kampaniyasının nüfuzuna xələl gətirən davranışlardan uzaq olmağa çağırıb.

Cənab Hacıyev Cəmil Həsənlinin tərəfdarları tərəfindən sentyabrın 18-də radio ilə çıxışında səsləndirdiyi fikirlərə görə təqib olunduğunu iddia edib və Milli Şuranı “satqınlar şurası” adlandırıb.

“Cəmil Həsənli sən ingilislərin qudasısan və onların əli ilə dövlət çevrilişi etmək istəyirsiz. Mən prezident seçilsəm sizin hamınız dama basacam. Sizin hamınızı məhv edəcəm. Azərbaycandan sürgün edəcəm”, - Müasir Müsavat Partiyasının sədri deyib.

Cəmil Həsənli prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədovun onun qanunsuz pensiyaya çıxması haqqında iddialarına cavab olaraq gözdən əlil olması haqda sənədləri gətirdiyini deyib və 22 sentyabr mitinqi haqqında danışıb. Bunun ardınca cənab Hacıyev onun çıxışına mane olub.

Daha sonra iki namizəd arasında başlayan söz atışmasının sonunda cənab Hacıyev plastik butulkanı cənab Həsənliyə doğru atıb və studiyadan çıxarılıb.

Çağırışlar

MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev teledebatda baş verən hadisələrin müzakirə olunacağını açıqlayıb.

İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov APA-ya deyib ki, partiya MSK-ya şikayət müraciəti hazırlayır.

“Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli seçki qanunvericiliyi, eyni zamanda insan haqları ilə bağlı digər qanunvericilikləri kobud şəkildə pozaraq YAP-ın namizədinə qarşı təhqiramiz ifadələr, şər-böhtan səsləndirib ki, buna görə də cəzasını almalıdı.”

Milli Şuranın bəyanatı Azadlıq qəzetinin saytında yayılıb.

“Milli Şura İctimai Televiziya rəhbərliyinə seçki debatlarına qanunsuz müdaxilələrin Seçki Məcəlləsinə zidd olduğunu xatırladır və üzərinə düşən vəzifələri tərəfsiz və düzgün yerinə yetirməyə səsləyir. İctimai Televiziyanın rəhbərliyi başqa namizədlərin qanunsuz hərəkətləri və müdaxiləsi nəticəsində Cəmil Həsənli üçün ayrılmış vaxtın itkisini bərpa etmək vəzifəsi daşıyır”.

İctimai Televiziya və Radio Yayımları Şirkətindən APA-ya daxil olan açıqlamada Həsənlinin televiziyada debat zamanı əlavə vaxt tələb etməsinin əsassız olduğu bildirilib. Şirkətin açıqlamasında Milli Şuranın namizədinin ödənişsiz efir vaxtına müdaxilə etdiyi bildirilir.

“Efirdə yaranmış gərginlik nəticəsində qeyri-etik ifadələrin işlənməsi İctimai Televiziyanın tamaşaçı auditoriyası tərəfindən də birmənalı şəkildə pislənilir. 19 sentyabr 2013-cü ildə keçirilmiş dəyirmi masanın videoyazısı araşdırılması üçün MSK-ya göndərilib.”

Bu barədə daha geniş