Fizika üzrə Nobel mükafatı Hiqqs bozonu nəzəriyyəsinin müəlliflərinə verilib

Peter Higgs və Francois Englert
Image caption Nobel mükafatçıları - britaniyalı Peter Higgs və belçikalı Francois Englert

Bu ilin fizika sahəsində Nobel mükafatına Hiqqs bozonu nəzriyyəsini irəli sürmüş elmi qrup təmsilçiləri olan britaniyalı Peter Higgs və belçikalı Francois Englert layiq görülüblər.

Bu alimlər 1960-cı illərdə maddədə kütlənin əmələ gəlmə mexanizmini izah edən nəzəriyyəni işləyib hazırlamışdılar.

Həmin nəzəriyyə 2012-ci ildə aşkar olunmuş Hiqqs bozonu hissəciyinin mövcudluğu ehtimalına söykənib.

Hiqqs bozonu ötən il İsveçrədə CERN elmi mərkəzində quraşdırılmış Böyük Adron Kollayderində aşkar edilmişdir.

İsveçrə Kral Elmlər Akademiyasının icraçı katibi Staffan Normark-ın təbirincə, "bu ilin mükafatı nəhəng nəticələr yaradan narın bir məsələyə həsr olunub".

Kimya, tibb, ədəbiyyat, sülh və iqtisadiyyat sahəsində parlaq elmi nailiyyətlərə görə verilən Nobel mükafatının məbləği 10 milyon İsveçrə kronu təşkil edir, mükafatçılara eləcə də medal və diplom da təqdim olunur.

CERN mərkəzinin Baş direkroru Rolf Heuer fizika sahəsində bu ilin Nobel mükafatının elementar hissəciklər sahəsinə verilməsi xəbərindən “ilhamlandığını" bildirirb.

"Ötən il CERN-də Brout-Englert-Higgs mexanizmini təsdiqləyən Hiqqs bozonun aşkar edilməsi beynəlxalq elmi qruplar tərkibində bir çox insanın onilliklər ərzində gördüyü elmi fəaliyyətinə verilən qiymətdir", Rolf Heuer vurğulayıb.