İtaliya miqrant axınına Aralıq dənizində sədd çəkmək istəyir

Aralıq dəniz
Image caption İtaliya miqrant probleminin öhdəsindən gəlməyə çalışır.

İtaliya Aralıq dənizinin cənub hissəsində dəniz və hava gözətçi patrul qüvvələrini gücləndirmək qərarına gəlib.

Bu tədbir son zamanlar Şimali Afrikadan İtaliya və Maltaya dəniz yolu ilə gələn qeyri-leqal miqrant axının güclənməsilə bağlıdır.

Baş nazir Enrico Letta “hava və dəniz gözətçi güvvələrinin “ bazar ertəsi günündən başlayaraq Sicily adasından cənubda gücləndirilmiş rejimdə xidmət çəkəcəyini bildirirb.

Cümə günü Malta ilə İtaliyanın Lampedusa adası arasında miqrantlarla dolu qayəğən çevrilməsi nəticəsində azı 33 adam həlak olub.

Bir həftə bundan əvvəl isə Lampedusa adası yaxınlığında qayığın dənizdə batması nəticəsində 350-dən çox miqrant həlak olmuşdu.

Bundan əvvəl İtaliya Avropa İttifaqını hər il Şimali Afrika və Yaxın Şərqdən ölkəyə qayıqlarda gələn miqrant axını ilə bağlı yardım göstərməyə çağırmışdır.

Müdafiə naziri Mario Mauro ölkə mətbuatına Aralıq dənizinin cənub hissəsində İtaliya gözətçi qüvvələrinin 3 dəfə artırılacağını bildirirb.

BMT statistikasına əsasən təkcə bu il ərzində İtaliya və Maltaya Şimali Afrika və Yaxın Şərqdən dəniz yolu ilə gələn miqrantların sayı 32 minə çatıb.

Bu barədə daha geniş