Londonda “Erotika” şousu – şəkillərdə

Hər il keçirilən “Erotika” şousunun təşkilatçıları tədbirlərini ilin bu qəbildən olan ən böyük sərgisi hesab edirlər.

Şəkillər: Mark Qriqoryan
Şəklin alt yazısı,

Hər il keçirilən “Erotika” şousunun təşkilatçıları tədbirlərini ilin bu qəbildən olan ən böyük sərgisi hesab edirlər. BBC Rus Xidmətinin müxbiri Mark Qriqoryan şounun keçirildiyi Tobacco Dock sərgi salonuna baş çəkərək müasir əyləncə sənayesinin nə təklif etdiyi və sərgiyə nə kimi adamların gəldiyilə maraqlanıb.

Şəklin alt yazısı,

Həftəsonu Londonun şərqindəki Tobacco Dock sərgi salonunun bir neçə səhnəsi 90-a yaxın şounun şahidi olub. Öz məharətini müğənnilər, akrobatlar, kabare və təbii ki, striptiz rəqqasələri nümayiş etdiriblər.

Şəklin alt yazısı,

XIX əsrdə Cənub-Şərqi Asiyadan idxal edilmiş tütünün saxlanıldığı tarixi binanın hər iki mərtəbəsindəki pavilyonlarda onlarla şirkətə mənsub erotika malları sərgilənib.

Şəklin alt yazısı,

Əyləncə sənayesində film və fotoşəkillər əhəmiyyətli yerə malikdir. Sərginin bəzi pavilyonunda malları fotomodellər nümayiş etdiriblər.

Şəklin alt yazısı,

Erotika və sekslə bağlı sərgini təsəvvür edərkən ağla gələn ilk şey seks oyuncaqları və erotik alt paltarları ola bilər. Lakin belə çıxır ki, şlyapalar da cazibədarlığın mühüm elementidir.

Şəklin alt yazısı,

Sərgidə qotik stildə tikilən don və korsetlər çox populyar olub.

Şəklin alt yazısı,

Tədbirə gələnlərin böyük əksəriyyəti cütlər idi. Şou gedişatında erotik sənayenin əsasən qadınlar üçün nəzərdə tutulduğu dəfələrlə təkrarlanıb.

Şəklin alt yazısı,

Sərgiyə gələnlərə bir neçə kafe və kiçik restoran xidmət edib. Ofisiantların geyimləri israfçı və ola bilsin ki, erotik idi.

Şəklin alt yazısı,

Sərgidə Rusiya şirkəti də təmsil olunub. Obninsk şəhərindən Art-Stoun zərgərlik firması öz mallarını təqdim edib.

Şəklin alt yazısı,

“Erotika” sərgisindəki bir çox eksponat vaxtilə “tabulaşmış” əşyalara aid olsa da, getdikcə adi məişət malları kimi qəbul olunur. Mütəxəssislər cəmiyyətin seksuallaşması barədə mübahisə edirlər. Bu arada yarıçılpaq gözəlçələrlə təqvimlərə həmişəki kimi tələbat azalmır.

Şəklin alt yazısı,

Sərgi bir daha erotikanın mədəniyyət təsirilə formalaşdığını və əsrarla sirrin həmişə cazibədar qaldığını göstərir.