Ariel Şaron: general və siyasətçi

Ariel Sharon
Image caption Şaron İsraildə bəlkə də ən çox alqışlanan və eyni dərəcədə ləntlənən lıderlərdən olub.

Son 8 ili komada keçirən İsrailin sabiq baş nazıri Ariel Şaron 85 yaşında vəfat edib.

Ariel Sharon onilliklər ərzində İsrail hərbiyyəsi və siyasətinin önündə olub. Nəticədə Şaron İsrailin ən zəhmli və ziddiyyətli fiqurlarından birinə çevrilmişdi.

Müharibə illərində və sonrakı dövrlərdə Ariel Şaronun yürütdüyü siyasət İsrail dövlətinin müasir durumunu müəyyən edən əsas amillərdən olub və eyni zamanda cəmiyyət daxilində siyasi qütbləşmə yaradıb.

Şaron İsraildə bəlkə də ən çox alqışlanan və eyni dərəcədə lənətlənən lıderlərdən biridir.

Onun əsas məqsədi hətta siyasi itkilər bahasına başa gəlsə də İsrailin tam təhlükəsizliyini təmin etmək olub.

Ariel Şaron işğal edilmiş ərazilərdə yəhudi məskənlərinin salınması ideyasının gerçəkləşməsini müdafiə edib. Lakin onun son addımlarından biri - İsrailin Qəzzadan çıxması – Şaronun çoxsaylı tərəfdarları arasında şok yaradıb.

Bundan bir müddət sonra Şaronun karyerası gözlənilmədən sona çatdı - o, bir neçə dəfə insulta məruz qalaraq komaya düşdü.

Sərt hərbiçi

Image caption Ariel Şaron bütün ərəb-israil mühabələrində iştirak edib.

Ariel Şaron 1928-ci ildə o zaman Britaniya mandatı altında olmuş Fələstində doğulub.

Gənc yaşlarından 'Haganah' gizli Yəhudi hərbi təşkilata qoşularaq, 1948-49-cu illdərdə Ərəb-İsrail müharibəsində bölmə komandiri kimi iştirak edib.

1950-ci illərdə o, '101-ci bölüm' xüsusi təyinatlılar dəstəsinin Fələstin ərazilərində yaraqlılara qarşı cəza reydlərinə rəhbərlik edib.

İsrail dövləti 1948-ci ildə yaranandan bəri Ariel Şaron İsrail-Ərəb müharibələrində iştirak edib, sərt hərbiçi əsgər və strateq kimi tanınıb.

1956-cı ildə o, Süveyş müharibəsində desantçılar briqadasına rəhbərlik edib, general-mayor rütbəsinədək hərbi xidmətdə böyüyüb.

1967-ci ilin müharibəsində Şaron diviziyaya rəhbərlik edib, Sinayda Misir ordusuna qarşı uğurlu taktikası İsrailin bütün Sinay yarmadasını ələ keçirməkdə həlledici rol oynayıb.

6 ildən sonra Misir və Suriya İsrailə qarşı gözlənilməz hücuma keçəndə, Şaron Sinay yarmadasında 3-cü Misir ordusunu mühasirəyə alaraq müharibənin gedişində dönüş yarada bilib və nəticədə İsrauilin qələbəsini təmin olunub.

2 aydan sonra Ariel Şaron İsrail parlamentinə (Knesetə) sağçı Likud partiyasından deputat seçilir, lakin İshaq Rabinin təhlükəsizlik üzrə məsləhətçisi vəzifəsinə keçdiyi üçün növbəti ildə deputatlıqdan imtina edir.

1977-ci ildə o, yenidən Knesetə seçilir və 1981-ci ildə Menahem Begin hökümətində Müdafiə Naziri təyin edilir

1982-ci ildə Yasir Ərəfatın Fələstin Azadlıq Təşkilatının (FAT) İsrailin şimalinı Livandan atəşə tutduğundan sonra Şaron Livana ordu yeridir.

Baş nazir Menahem Beginə məlumat vermədən Ariel Şaron İsrail ordusunu Beyruta göndərir, nəticədə FAT Livandan sıxışdılrılıb çıxarılır.

İsrailin zərbəsinbdən sonra FAT Livan ərazisindən İsrailə qarşı hücumları dayandırır.

Lakin həmin əməliyyat zamanı İsrailin dəstəklədiyi Livan Xristianlarının yaraqlı dəstələri Beyrutun iki fələstin düşərgəsində yüzlərlə insanı qətlə yetirir.

Image caption Şaronun sayəsində 1973-cü il müharibəsi gedişində İsrail dönüş yarada bildi.

Sabra və Şatila qətliyamı kimi tarixdə həkk olmuş hadisələr Şaronu fələstinlilərin qəzəb hədəfinə çevirdi.

1983-cü ildə Livan əməliyyatını araşdıran İsrail tribunalı baş vermiş qətliama görə Şaronun da məsuliyyət daşıdığı qərarına gələrək, onu vəzifəsindən kənarlaşdırdı.

Siyasi səhnəyə qayıdış

1980-ci illərdə Ariel Şaron İsrail sağçıları arasında populyar fiqur olaraq qalmaqda idi və o dövrün hökümət tərkiblərində mühüm vəzifələri tutmaqda davam edirdi.

O, ardıcıl olaraq yəhudi məskənlərinin yaradılmasını müdfafiə edib, 1990-ci ildə əhalinin mənzil təminatı üzrə nazir vəzifəsində 1967-ci ildən işğal olunmuş Qərb Sahili və Qəzzada yəhudi məskənləri salınması işinə rəhbərlik edib.

1996-cı ildə Benyamin Netanyahu-nun sağçı koalisiyası hakimiyyətə gəldikdən sonra, Israilin Baş naziri onu hökümət tərkibinə daxil edir.

1998-ci ildə Ariel Şaronu XİN rəhbəri edən Benyamin Netanyahu onun bu vəzifəyə ən layiqli namizəd olduğunu vurğulayır.

Netanyahu 1999-cu ildə parlament seçkilərində məğlub olandan sonra, Ariel Şaron müxalifətə keçən Likud partiyasının sədri seçilir.

2000-ci ildə 'Camp David' danışıqları uğursuzluğa düçar olandan sonra, Ariel Şaron İsrailin Baş naziri Ehud Barakı 'sülh müqaviləsi üçün Qüds ilə alver etməkdə' itiham edir.

Yeni dövr, yeni partiya

2000-ci ildə Şaron Qüdsdə baş çəkir, orada yerləşən və eyni zamanda həm müsəlmanlar, həm də yəhudilər üçün müqəddəs sayılan məbədi ziyarət edir - onun bu hərəkəti birmənalı qarşılanmır.

Nəticədə fələstinlilər üsyana qalxır və ikinci Fələstin İntifadası başlayır.

2001-ci ilin fevral ayında Şaron böyük üstünlüklə parlament seçkilərində qələbə çalaraq, "təhlükəsizlik və gerçək sülhə" nail olacağını vəd edir.

Image caption Şaron 2005-ci ildə insult keçirtdiyindən sonra bir daha sağlamlığını qaytara bilməmişdi.

1990-cı illərdə Fələstin intiharçılarının hücumları ilə bağlı Ariel Şaron İsrailin təhlükəsizliyini möhkəmlətmək üçün Qərb Sahilində divar çəkilməsi barədə ziddiyyətli qərar verir.

Lakin sonradan, Şaron İsrail qoşunlarının Qəzza və Qərb Sahilindən çıxması qərarını verir. İsraildə bu qərarı Şaron tərfdarları narazılıqla qarşılayırlar.

Qəzzadan İsrailin çıxımasından sonra Likud daxilində artan narazılıqla bağlı Ariel Şaron 2005-ci ilin noyabrında partiyanı tərk edir.

Şaron bir qrup müttəfiqi ilə Kadima partiyasını yaradır və parlamenti buraxır.

Siyasətçi tezliklə keçiriləcək erkən seçkilərdə Baş nazir seçiləcəyinə ümid edirdi, lakin 2005-ci ilin dekabr ayında o, insult keçirmiş, və o zamandən bəri bir daha düzələ bilməmişdi.

Bu barədə daha geniş