Britaniya: porno saxlamaqda şübhəli polislər həbs olunub

Skotland Yard - Polis İdarəsi  Fotonun müəllifi Reuters

Londonda pornoqrafiya materiallarının saxlanılması və yayılmasında şübhəli bilinən 3 polis həbs edilib.

Onların xarici səfirlik, polis idarəsi və baş nazir iqamətgahını mühafizə edən bölmənin əməkdaşları olduğu bildirilir.

Dekabrın 19-da həbs edilən əməkdaşların evlərində axtarış aparılıb.

Polislərin dindirilməsindən sonra onlardan bir nəfər vəzifədən azad edilib.

Yerdə qalan iki nəfər isə məhdud xidmət rejiminə keçirilib.

London polisinin məlumatında deyilir ki, bu insidentlə bağlı informasiya Şikayətlər üzrə Müstəqil Komissiyaya təqdim olunub.

"İntizamın pozulması ilə bağlı aparılan təhqiqat əməlin xidmət başında yoxsa asudə vaxtı yer aldığını müəyən edəcək”, - komissiyanın bəyanatında deyilir.

Yanvarın 8-də işlə bağlı daha bir polis dindirildikdən sonra məhdud xidmət rejiminə keçirilib.