Almaniya: Ruanda soyqırımına görə məhkəmə sabiq merə 14 il həbs cəzası kəsib

Onesphore Rwabukombe Fotonun müəllifi AFP

Ruandanın şimalındakı şəhərlərdən birinin keçmiş meri Onesphore Rwabukombe Almaniya məhkəməsi tərəfindən soyqırımı dəstəkləməkdə ittiham olunaraq təqsirli bilinib.

Məhkəmə istintaqı onun həmin hadisələr zamanı kilsədə gizlənmiş tutsi əsilli yüzlərlə insana qarşı qisas əməliyyatının keçirilməsinə əmr verdiyini bildirib.

Sabiq Ruandalı məmur 2002-ci ildən Almaniyada qaçqın qismində yaşayıb.

Bugünkü məhkəmə Ruanda soyqırımına dair Almaniyada keçirilmiş ilk məhkəmədir.

Ruanda soyqırımı ilə bağlı işlərin əsas hissəsinə Tanzaniyada mənzillənən BMT yanında fəaliyyət göstərən Beynəlxalq Tribunalda baxılır.

1994-cü ildə Ruandada tutsi və hutu arasında yaranmış münaqişə silahlı qarşıdurmayadək böyüdü, nəticədə 800 minə yaxın adam həlak oldu.